Koyt Toome
Koyt Toome (est. Koit Tomme; d. 3 yanvar 1979, Tallin, Estoniya) — Estoniya müğənnisi və aktyoru. O, Estoniyanı 1998 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Koyt Toome | |
---|---|
est. Koit Toome | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tallin, Estoniya |
Vətəndaşlığı | Estoniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktyor |
Fəaliyyət illəri | 1995–h.h. |
Janr | |
Musiqi alətləri | piano, akkordeon |
Əlaqələri |
Code One Maarya-Liis İlus Qetter Yaani Laura Poldvere |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Koyt Toome 3 yanvar 1979-cu ildə Estoniyanın paytaxtı Tallin şəhərində anadan olmuşdur. Koyt bir oğul və iki qız atasıdır. Koytin əmisi İndrek Toome 1988-ci ildən 1990-cı ilə kimi Estoniyanın Baş naziri olmuşdur.
Musiqi karyerası
Koyt Toome musiqi prodüseri Mikk Tarqo tərəfindən 1994-ci ildə musiqi məktəbində aşkarlanmışdır. Koyt üçün musiqi karyerası yaratmağı planlaşdıran prodüser həmin musiqi məktəbində eyni zamanda Sirli Hiius adlı istedadlı bir ifaçı aşkar edərək, Koyt və Sirlidən ibarət Code One adlı pop duet yaratmışdır. Code One həmin illərdə Estoniyada bir neçə hit mahnılar ifa etmişdir.
Koyt Toome Estoniyanı Böyük Britaniyanın Birminhem şəhərində keçirilən 1998 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. İfa etdiyi "Mere Lapsed" adlı mahnı ilə ölkəsinə müsabiqənin final mərhələsində 12-ci yeri qazandırmışdır. Həmin ildə müğənni əsasını özünün bəstələdiyi mahnılardan təşkil edilən debüt albomunu təqdim etmişdir. Koytin indiyədək ümumilikdə beş studiya albomu işıq üzü görmüşdür. Onun sonuncu albomu olan "Kaugele siit" 2010-cu ilin mart ayında satışa buraxılmışdır.
2007-ci ildə Koyt partnyoru Kertu ilə birlikdə Estoniyanın Tantsud tähtedega rəqs yarışmasında qələbə qazanmışdır.
Koyt Estoniyada musiqi ilə yanaşı həm də aktyorluqla da məşhurdur. O bir çox filmlərdə müxtəlif personajları səsləndirmiş və eyni zamanda musiqili teatrlarda da çıxışlar etmişdir.
Koyt Toome Estoniyanın ERR telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi Eesti Laul 2017 müsabiqəsində Laura Poldvere ilə birlikdə duet şəklində ifa etdiyi "Verona" mahnısı ilə qələbə qazanmışdır. Beləliklə Koyt və Laura həmin mahnı ilə Estoniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır[1]. Onlar 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 17-ci nömrə altında səhnə almışdırlar. Nəticədə isə duet yarımfinalda 85 xalla 14-cü yeri tutaraq, finala adlaya bilməmişdir.
Diskoqrafiya
Sinqllar
- "Valged ööd" (Qetter Yaani ilə duet) (2011)
- "Talveöö" (Qetter Yaani və Karl Madis ilə) (2011)
- "Rannamaja" (Qetter Yaani ilə duet) (2014)
- "Verona" (Laura Poldvere ilə duet) (2017)
İstinadlar
- "Koit Toome and Laura to bring Verona to Kyiv!". eurovision.tv. Avropa Yayım İttifaqı. 4 mart 2017. 2017-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-06.
Əvvəlki: Yüri Putsman "Play" |
Estoniya Avroviziya Mahnı Müsabiqəsində 2017 |
Sonrakı: Elina Neçayeva "La Forza" |