Kosovo

Kosova (alb. Kosova), Kosovo (serb. Косово) və ya rəsmi adı ilə Kosova Respublikası (alb. Republika e Kosovës, serb. Република Косово) — Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlət. Kosovo Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 101 ölkə tanıyıb. Azərbaycan Respublikası Kosovonun müstəqilliyini tanımamışdır.

Kosovanı tanıyan ölkələr (Yaşıl)
Kosovo
Republika e Kosovës
Bayraq Gerb
Bayraq Gerb
Himn: "Avropa"[1]
Tarixi
  BMGK 1244 10 iyun 1999
  ABKHM 16 fevral 2008
  Serbiyadan müstəqillik 17 fevral 2008
Rəsmi dilləri
Paytaxt Priştina
İdarəetmə forması Parlamentli respublika
Prezident Vjosa Osmani
Baş Nazir Albin Kurti
Beynəlxalq Mülki nümayəndəsi Pieter Feith (Avropa Birliyi Xüsusi Təmsilçisi)
Sahəsi
  Ümumi 10,887 km² km²
Əhalisi
  Əhali 1 847 708[2] nəfər (150-ci)
  Siyahıyaalma (2011) 1 739 825[3] nəf.
  Sıxlıq 159.5 nəf./km²
ÜDM (nominal)
  Ümumi (2009) $5.352 milyon dollar
  Adambaşına $2,965 dollar
Valyuta avro
BOK kodu KOS
Telefon kodu +383
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Tək tərəfli bir iştirakdır. Kosovo, Eurozone rəsmi üzvü deyil.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1389-cu ildəki Birinci Kosovo döyüşündən sonra bölgə I Murad tərəfindən Osmanlı imperiyasına keçmişdir. Osmanlı idarəçiliyi dövründə Kosovoya serblər yalnız 1878-ci ildəki Rus-Osmanlı müharibəsi dövründən sonra iddia irəli sürməyə başlamışdılar. 5 əsrdən çox Osmanlı imperiyasının nəzarətində qalan bu ərazi 1912-ci ildəki Birinci Balkan müharibəsi dövründə Serbiyaya ilhaq edilmişdir.

İkinci Dünya müharibəsində sonra isə Kosovo Yuqoslaviyaya bağlı bir əyalət statusunu almışdır. 7 aprel 1963-cü ildən Yuqoslaviya Federativ Sosialist Respublikası adlanan ölkə 1992-ci ildən etibarən parçalanmağa başlamışdır. Əvvəlcə Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya və Herseqovina Yuqoslaviya Federativ Sosialist Respublikasından ayrıldı. Bütün bu müddət ərzində Kosovo Yuqoslaviyanın tərkibində olur. 2003-cü ildə Yuqoslaviyanın adı Serbiya və Çernoqoriya olaraq dəyişdirilir. Ancaq parçalanma bununla da bitmədi. Bələ ki, 2006-cı il may ayının 21-i referendumda 55,5% səs çoxluğu ilə Monteneqro Serbiyadan ayrılıb müstəqil dövlət olur. Beləliklə keçmiş Yuqoslaviya ərazisinin parçalanması nəticəsində yaranan müstəqil dövlətlərin sayı 6-ya çatır, amma parçalanma davam edir və nəticədə 7-ci müstəqil dövlət Kosovo yaranır.

Coğrafiyası

Kosovanın fiziki xəritəsi
Balkan yarımadasında Kosovanın yerləşməsi

Kosovo Avropanın şərqindəki Balkan yarımadasının ortasında yerləşir. Qonşuları: cənubda AlbaniyaMakedoniya Respublikası, şimalda Serbiya və qərbdə Monteneqrodur. Mərkəzi Priştina şəhəri olan ölkənin ərazisi 10.908 km²dir.[4]

Əhali

1–15 aprel 2011-ci il siyahıyaalınmasının yekunlarına əsasən Kosovo əhalisinin sayı 1.739.825 nəfər (875.900 nəfəri kişilər, 863.925 nəfəri qadınlar) olmuşdur.[3] Onlardan 661.586 nəfəri və ya 38,03 %-i şəhərlərdə, 1.078.239 nəfəri və ya 61,97 %-i isə kəndlərdə yaşayır.[3]

Milli tərkib

Kosovo əhalisinin milli tərkibi[5]
Etnik qrup 1948 1953 1961 1971 1981 1991
toplam əhali733 034815 908963 9881 243 6931 584 4401 956 196
alban498 244524 562646 605916 1681 226 7361 596 072
serb176 718189 869227 016228 264209 798194 190
türk1 32034 59025 76412 24412 51310 445
qaraçı11 23011 9043 20214 59334 12645 745
digər45 52254 98361 40172 424101 267109 744

Dil

Kosovo əhalisinin ana dilləri
Dil Sayı, 2011 sa.[3] Nisbəti, 2011 sa.
cəmi1 739 825100 %
albanca1 644 86594.54 %
boşnakca28 9891.67 %
serbcə27 9831.61 %
türkcə19 5681.12 %
qaraçıca5 8600.34 %
digər10 3080.59 %
a.d.g.[6]2 2520.13 %

Din

Kosovo əhalisinin etiqad etdiyi dinlər
Din Etiqad edənlərin sayı, 2011 sa.[3] Nisbəti, 2011 sa.
cəmi1 739 825100 %
islam1 663 41295.61 %
xristianlıq64 275[7]3.70 %
dinsiz1 2420.07 %
digər1 1880.07 %
c.v.i.[8]7 2130.41 %
d.e.g.[9]2 4950.14 %

Müstəqillik

Kosova Serbiyadan öz müstəqilliyini 2008-ci ilin fevral ayının 17-də elan etmişdir. Müstəqillik bəyannaməsini parlementdə baş nazir Haşim Taçi elan edib. Müstəqillik bəyannaməsinə görə "Kosova demokratik və çoxmillətli bir dövlət olacaq. Burada yaşayan serb və digər etnik azlıqların da bütün haqları qorunacaq".[10]

Şəhərləri

Kosova bələdiyyə mərkəzləri:[11]

  1. Deçan (Deçan / Dečani)
  2. Yakova (Gjakova / Đakovica)
  3. Qloqovaç (Gllogoc / Glogovac)
  4. Gilan (Gjilan / Gnjilane)
  5. Dragaş (Sharri / Dragaš)
  6. İstok (Istog / Istok)
  7. Kaçanik (Kaçaniku / Kačanik)
  8. Klina (Klina / Klina)
  9. Kosovo Ovası (Fushë Kosova / Kosovo Polje)
  10. Kameniçe (Kamenicë / Kosovska Kamenica)
  11. Mitroviça (Mitrovica / Kosovska Mitrovica)
  12. Leposaviç (Albaniku / Leposavić)
  13. Liplan (Lipjani / Lipljan)
  14. Nobırda (Novobërdë / Novo Brdo)
  15. Kastriot (Kastrioti / Obilić)
  16. Rahofça (Rahovec / Orahovac)
  17. İpek (Pejë / Peć)
  18. Poduyeva (Besiana / Podujevo)
  19. Priştina (Prishtina / Priština)
  20. Prizren (Prizren / Prizren)
  21. Skenderay (Skënderaj / Srbica)
  22. Ştimle (Shtime / Štimlje)
  23. Ştırpçe (Shtërpca / Štrpce)
  24. Suvareka (Theranda / Suva Reka)
  25. Ferizaji (Ferizaji / Uroševac)
  26. Viti (Vitia / Vitina)
  27. Vıçıtırın (Vushtrri / Vučitrn)
  28. Zubin Potok (Zubin Potoku / Zubin Potok)
  29. Zveçan (Zveçan / Zvečan)
  30. Malişova (Malisheva / Mališevo)
  31. Yunik (Junik / Junik)
  32. Mamuşa (Mamusha / Mamuša)
  33. Elezhan (Hani i Elezit / Đeneral Jankovič)
  34. Qraçaniça (Graçanicë / Gračanica)
  35. Ranilug (Ranillug / Ranilug)
  36. Parteş (Parteshi / Parteš)
  37. Klokot (Kllokot / Klokot)
  38. Şimali Mitroviça (Mitrovica — Veri / Kosovska Mitrovica — Sever)

Şəhər əhalisi

  • Priştina: 571.123
  • Prizren: 220.816
  • Ferizovik: 197.741
  • Yakova: 127.156
  • İpek: 195.190
  • Gilan: 191.595
  • Mitroviça: 186.359
  • Qloqovaç: 55,148
  • Poduyeva: 48.526
  • Kosova Ovası: 28.600

Həmçinin bax

İstinadlar

  1. "Assembly approves Kosovo anthem", b92.net, 11 June 2008. Link accessed 11 June 2008.
  2. Central Intelligence Agency - CİA - The World Factbook: Europe: Kosovo Arxivləşdirilib 2018-12-24 at the Wayback Machine
  3. Kosovo Agency of Statistics: Kosovo population and housing census 2011—Final results Arxivləşdirilib 2012-10-21 at the Wayback Machine
  4. Kosovo Agency of Statistics: Kosovo in Figures 2009
  5. Kosovo Agency of Statistics: Demographic changes of the Kosovo population 1948–2006
  6. Ana dilini göstərməyənlər
  7. 38.438 nəfəri katoliklər, 25.837 nəfəri isə ortodokslar
  8. Cavab vermək istəməyənlər
  9. Dini etiqadını göstərməyənlər
  10. Zaman, 20 fevral 2008, http://www.zaman.az Arxivləşdirilib 2016-02-04 at the Wayback Machine
  11. Yunik, Mamuşa, Elezhan, Graçaniça, Ranilug, Parteş, Klokot və Kuzey Mitroviça . Müstəqillik sonrakı dövrdə, daxili gərginliyi həll etmək üçün, milli azlıqların yaşadığı yeni bələdiyyələr yaranmışdır.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.