Kosovo ədəbiyyatı

Kosovo ədəbiyyatı, Kosovodan olan yazarlar tərəfindən Alban, Serb, BosniyaTürk dilində yazılmış əsərlərdən ibarətdir.

Tarixi

Osmanlı dövrü, 1912-ci ilə qədər Alban dilinin yazılı istifadə edilməsinə qadağa qoymasına baxmayaraq, bu dövr Kosovanın ədəbiyyat tarixində önə çıxır. Bu siyasət İkinci Dünya Müharibəsinin başlanğıcına qədər Serbiya hökumətində davam etdi.[1] Müharibədən sonra, təhsil serb dilində aparılmışdır.[2] Serbiya Kosovanı işğal etdikdən sonra, alban dilində təhsil və nəşriyyat qadağan olundu. Kim ki, alban dilində olan Rilija qəzetini alırdı, gizli polis tərəfindən qeydə alınırdı.[3]

1940-cı illərin sonlarında yeraltı ədəbiyyat Alban dilində yaradılmış və nəşr olunmuşdur. 1949-cu ildə "Jeta e re" adlı ədəbi jurnalının yaranması ilə Yugoslaviyalı gənc Alban dilli yazıçılar öz əsərlərinin nəşri üçün yer aldılar. 1960-cı illərdə Kosovo Alban ədəbiyyatı aktiv olaraq nəşr olundu. 1950-ci illərin ikinci yarısında ciddi nəsr janrı yarandı. O dövrdə, Mitrovicadan Hivzi Süleymani, Priştinadan Adəm Dəmaçi və Prizrendən Anton Paşka kimi yazarlar bu janrda yazmışlar. 1974-cü ildə Yuqoslav konstitusiyası elan edildikdən sonra, alban dili və mədəniyyəti tam hüquq əldə etdi və daha da inkişaf etdi. Kökləri xalqın ənənələrinə dayanan, Kosovalı albanların şeirləri çox populyar idi. Köhnə Yuqoslaviya ərazisində müasir alban şeirlərinin qurucusu Əsəd Miquli hesab edilir. Digər görkəmli müasir şairlər Əkrəm Başa, Besim Bokşi, Rəhman Deday, Mirko Qaşi, Ənvər Qiercçek, Fahredin Gunqa, Abdulla Konuşevtsi, Dean Mehmeti, Əli Podrimia və Azem Şkrelidir.

Bölgədəki serb ədəbiyyatının ənənələri XIII əsrə qədər daha uzun tarixə malikdir. 20-ci əsrin ən böyük serbiyalı Kosovo yazıçıları, roman yazar Vukaşin Filipoviç, şair Darinka Evriç, yazıçı Radosav Stojanoviç, şair və yazıçı Petar Sariç, şair Lazar Vukoviçdir. 1970 və 1980-ci illərdə Kosovo Yazıçılar Birliyində həm serb, həm də alban Kosovo yazıçıları, təmsil olundu. 1980-ci illərin sonlarında etnik münaqişənin artması ilə, serblər təşkilatdan ayrıldı və o vaxtdan bəri yalnız Alban müəllifləri Kosovo Yazarlar Birliyinə qoşulublar. Bu təşkilat Kosovanın siyasi həyatında mühüm rol oynamışdı, İbrahim Rugova da daxil olmaqla bir çox üzv, Kosovo Demokratik Cəmiyyətində ön sıralarda idi.[4]

İstinadlar

  1. Elsie, RobertHistorical Dictionary of Kosovo Arxivləşdirilib 2017-01-23 at the Wayback Machine— 2010. — P. 179–180. — ISBN 978-0-8108-7483-1.
  2. Malcolm, Noel. Kosovo: A Short History. — Harper Perennial, 1999. — P. 267. —ISBN 978-0-06-097775-7. Arxivləşdirilib 2023-07-25 at the Wayback Machine
  3. Malcolm, Noel (1999). Kosovo: A Short History. Harper Perennial. p. 327ISBN 978-0-06-097775-7. Arxivləşdirilib 2016-12-27 at the Wayback Machine
  4. Elsie, RobertHistorical Dictionary of Kosovo Arxivləşdirilib 2017-01-23 at the Wayback Machine— 2010. — P. 179–180. — ISBN 978-0-8108-7483-1.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.