Kosmonavtlar dənizi

Kosmonavtlar dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Enderbi Torpağı ilə Riser-Larsen dənizi arasınnda yerləşir. Dənizləri bir-birindən sualtı Qunnerus dağları ayırır. Enderbi Torpağının şərq sahilləri Kosmanavtlar dənizi ilə Birlik dənizi arasında sərhədi təşkil edir. Sahəsi 698,600 km² ,ən dərin yerdə dərinliyi 4798 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Dəniz 1962-ci ildə Rus Antarktik Ekspedisiyası tərəfində ilk kosmanavtların şərəfinə adlandırılmışdır. Dayaz sahil xəttdi şimal hissədə birdən-birə 4798 m dərinliyə enir. Dənizin şimalında Afrika-Antarktida sınma xətti keçir. Dənizin şərqində Riser-Larsen yarımadası, Şahzadə Ulaf sahili, Şahzadə Harald sahili, Enderbi Torpağı və Midzuxo ərazisi yerləşir. Burada Lyotsa-Holmdikta körfəzi yerləşir. İlin isti vaxtları Kraliça Mod Torpağı hissədən dənizə çay axır. Qışda səthi buzla tamamən örtülür. Cənub okeanın digər dənizləri kimi bu dənizdə üzmək çox təhlükəlidir. Havasının temperaturu 0 s-dən yuxarı qalxmır. Sularında və sahillərində canlılar aləmi ilə zəngindir. Sahillərində qütb və köçəri quşlarlar vardır:Pinqivinlər və qağayılar. Məməlilərdən ueddell suitisi, dəniz bəbiri, yengəcyeyən suitilər, qozbel balinalar və digər balinalara rast gəlinir. 1962-ci ildən burada <<Molodojnaya>> stansiyası fəaliyyət göstərir. 1957-ci ildən burada Yaponiyaya məxsus Seyva hidroloji stansiyası fəailyyət göstərir. 1966-cı ildən daimi fəaliyyətə başlamışdır. 2008-ci ildən <<Molodojnaya>> stansiyası yaxınlığında Belarusun yeni stansiyası fəaliyyətə başlamışdır. Onlar ruslarla müştərək fəaliyyət göstərirlər.

Kosmonavtlar dənizi
rus. Moре Космонавтов
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Sahəsi 698,600 km²
Dərin yeri 4798 m
Yerləşməsi
66°00′00″ c. e. 40°00′00″ ş. u.
Ölkə  Antarktida
Üst akvatoriyası
Yerləşməsi Şərqi Antarktida
Kosmonavtlar dənizi xəritədə
Kosmonavtlar dənizi
Kosmonavtlar dənizi
Kosmonavtlardənizi (Hind okeanı)
Kosmonavtlar
dənizi

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.