Kosmik mikrodalğa arxa plan şüalanması

Kosmik mikrodalğa arxa plan şüalanması (qısaca: şüalanması və ya fon radiasiyası) - 1965-ci ildə kəşf edilən bütün kainatı dolduran bir elektromaqnetik dalğa formasıdır. 2.725 Kelvin istiliyindəki qara obyektin termal şüalanmasını əhatə edən 160.2 GHz tezliyində və 1.9 mm dalğa boyunda olduğu COBE peyki tərəfindən hava kürə xaricində həssas olaraq ölçülmüşdür. Fon şüalanması, kainatın ən uzağından, yəni, ən qədim keçmişindən gəldiyi düşünülən elektromaqnetik şüalanmadır. Bu işığı bir çox radio astronom və fizikaçı Böyük Partlamanın ən böyük dəlili hesab edirlər.

Tarixi

1948-ci ildə Corc Qamou, Ralf Alper və Robert Herman tərəfindən varlığı nəzəri olaraq qarşıya qoyulmuş və 5 Kelvin istiliyində bir quru obyektin yaydığı şüalanma ilə eyni dalğa boyunda olması lazım olduğu hesab edilmişdi. 1960-cı ildə radio astronomlar bu dalğa boyunda işığı fərqinə vardıqlarından ilk əvvəl antenalerdeki quş pisliklərindən qaynaqlanan bir elektrik parazit olduğundan şübhələndilər və təmizlik edib ölçmələri tekrarladılar. Təkrarən eyni zamanda başqa astronomlar da kəşf etdi və məqalələrində nəşr etdi. NASA tərəfindən atmosfer şərtlərindən təsirlənmədən doğru ölçüm etməsi üçün bu işə xüsusi COBE (COBE: Cosmic Background Explorer - kosmik arxa plan araşdırıcısı) peyki kosmosa göndərildi.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.