Korvet

Korvet — hərbi gəmilərin müşayiət və gözətçilik funksiyasını daşımaq üçün olan sinfi. Korvetlər adətən suhava məkanından gələn təhlükənin qarşısını almaq üçün müdafiə mövqeyini yerinə yetirirlər.

Almaniyaya məxsus Magderburg korveti

Korvetlər yelkənli donanma dövründə

Yelkənli donanma dövrünün ilk vaxtlarında, yəni XVII-XIX əsrlərdə, korvetlər üçdorlu hərbi gəmi olmaqla, düz yelkən silahlanmasına malik idi. Silahlanmada 18—30 arası kiçik və böyük kalibrlı toplardan istifadə olunurdu. Bütün toplar adətən yuxarı göyərtədə yerləşdirilirdi. Belə gəmilərdə sututumluq 460 ton və yuxarı idi. XIX əsrin 40-ci illərində təkərli, 60-cı illərin sonlarında isə vint-yelkənli korvetlər yaranmağa başladı.

Korvetlət İkinci dünya müharibəsi dövründə

İkinci dünya müharibəsi dövründə xüsusi olaraq hazırlanmış müdafiə gəmiləri ilk dəfə ABŞBöyük Britaniya Hərbi Dəniz Qüvvələrində (HDQ) meydana gəlmişdi. Bu korvetlərdə sututumluluq 500—1600 ton arası dəyişirdi. Sürət isə saatda 30—37 km göstəriciyə bərabər olurdu. Silahlanma cəhətdən belə korvetlər əvvəlki sələfərindən çox fərqlənirdilər. Geniş silah arsenalı korvetlərin gücünə güc qatırdı. Top olaraq kalibri 76–102 mm olan artilleriya silahlarından və kalibri 20–40 mm olan zenit tipli avtomatlardan istifadə olunurdu. Korvetlər bundan başqa minaatan və dərinlik bombaları ilə təchiz olunmuşdu. Havadəniz dibində olan yerlərdə düşmən obyektlərini tapmaq üçün korvetdə güclü radiolokasiya və hidroakustika sistemləri var idi. Raket sənayəsinin inkişafı korvetlərə də təsir etmişdi. Belə ki, bu vaxt bəzi korvetlərdə raketlər də var idi. İkinci dünya müharibəsində ən geniş yayılmış korvetlər "Flauer" tipli müdafiə gəmiləri idi.

Korvetlər müasir dövrdə

Müasir korvetlərin əsas vəzifəsi öz gəmiləri ilə birgə düşmən gəmilərindən qorunmaq və sahillərdə olan mühim obyetktləri və hərbi bazaları düşmən hücumundan müdafiə etməkdir. Korvetlər sinif olaraq sahil məntəqələrində çoxməqsədli hərəkətlər üçün nəzərdə tutulmuş hərbi katerlərin imkanlarının geinləşdirilməsi nəticəsində yaranmışdı. XX əsrin 70-ci illərində belə katerlər raketlərgəmi əleyhinə olan qurğular ilə təchiz olunurdu. 80-ci illərin sonunda isə belə katerlər raketlərdən başqa hidroakustik stansiya və 324 mm ölçülü torpeda qurğuları ilə təchiz olunurdu. Belə katerlərə 90-cı illərin oratalarında vertolyot da əlavə olunurdu. Bu vertolyotun əsas məqsədi gəmi və obyektləri məhv etmək üçün Gəmi Əleyhinə Raketlərin (GMR) daşınması idi. Belə katerlərdə sututumluluq artaraq 1200-1500 ton olmuşdu. Ona görə də bir çox ölkələrin donanmasında bu katerlərə korvet adı verildi.

Korvet sinfi

Bir çox ölkələrin dəniz donanmalarında korvet rəsmi olaraq gəmi sinfi sayılır. Bu siniflər həmin ölkələrdə rəsmi olaraq qəbul edilmiş termin ilə adlanır. Korvetlər İtaliyada "Corvettes", ArgentinaDominikan Respublikasında "Corbetas", Braziliyada "Corvetas", Qana, İndoneziya, İran, İslandiya, LiviyaBƏƏ-də isə "Corvettes" adlanır.

Rusiyada Hərbi Dəniz Qüvvələrində korvet sözü rəsmi olaraq sinif kimi işlənmir. Amma Sovet və Rus göstəricilərinə əsasən korvet sinfi "gözətçi gəmi" sinfi ilə uyğun gəlir. Buna baxmayaraq NATO göstəricilərinə əsasən Rusiyada olan gəmi əleyhinə olan kiçik gəmiləriraketli kiçik gəmiləri korvet sinfinə daxil etmək olar.

Şəkil qalereyası

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.