Korosman tirəsi

Korosman tirəsiBabək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.[1]

Korosman tirəsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 833,9 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.