Koroğlu metrostansiyası

Koroğlu metrostansiyası (1967-2011-ci illərdə Məşədi Əzizbəyov metrostansiyası) — Bakı metrosunun Qırmızı xəttinin stansiyasıdır. Əsaslı təmirdən sonra 2011-ci ildə yenidən sərnişinlərin üzünə açılmışdır. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun, "Koroğlu" operasından fraqment səslənir.

Bu məqalə Bakı metrosundakı Koroğlu stansiyası haqqındadır. Digər mənalar üçün Koroğlu (dəqiqləşdirmə) səhifəsinə baxın.
Koroğlu metrostansiyası

1-ci xətt
Bakı metrosu
Koroğlu metrostansiyasının gündüz görüntüsü
Koroğlu metrostansiyasının gündüz görüntüsü
Rayon Nizami
Açılış tarixi 6 noyabr 1972
Keçmiş adları Məşədi Əzizbəyov
İnşaat tipi Yeraltı
Platformaların sayı 1
Memarları Həsən Məcidov
Çıxdığı küçələr Heydər Əliyev prospekti
Nəqliyyat Bus transport 1, 7B, 13, 15, 24, 38, 60, 62, 70, 71, 93, 107, 131, 136, 139, 148, 160, 162, 163, 166, 169, 171, 172, 173A, 173B, 184, 189, 198, 204, 214, 216, 217, E1, H1, M8, Q1 nömrəli avtobuslar
İş rejimi 06:00—00:00
Qonşu stansiyalar Ulduz, Qara Qarayev
İnteraktiv sxemi

Kiçilt

İnteraktiv sxemi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Stansiya 1972-ci il noyabrın 6-da istismara verilmişdir. 120 min əhalisi olan yaşayış massivi şəhərin mərkəzi ilə birləşdirildi.

28 yanvar 2010-cu il tarixli Nazirlər Kabinetinin qərarı ilə iyul ayında stansiya yenidənqurma işlərinə başlamışdır.

Stansiyanın yenidən qurulması 2011-ci ilin noyabr ayında başlanılıb.

30 dekabr 2011-ci ilə qədər stansiya mühəndis, ictimai xadim, inqilabçı olan Məşədi Əzizbəyov adını daşımışdır.[1]

Xarici keçidlər

İstinadlar

  1. ""Koroğlu" stansiyasının açılışı". 2012-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.