Kornet Rəhim ağa Dilbazov

Kornet Rəhim ağa Hüseyn ağa oğlu Dilbazov — Əlahəzrət İmperatorun konvoyda Kornet rütbəsində xidmət etmişdir.

Kornet Rəhim ağa Dilbazov
Kornet Rəhim ağa Hüseyn ağa oğlu Dilbazov
Doğum tarixi
Doğum yeri Xanlıqlar, Qazax qəzası
Vəfat tarixi
Vəfat yeri Qazax qəzası Xanlıqlar
Mükafatları |"Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı|

Həyatı

1842-ci ildə Qazax qəzası Xanlıqlar kəndində anadan olmuşdur. Türkcə təhsili olmuşdur (rusca da bilirmiş). Əlahəzrət İmperatorun konvoyda kornet rütbəsində xidmət etmişdir. Kornet — Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. Xidmət dövründə "Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı almışdır. Xidmətdən tərxis olunması aldığı xəsarətlə bağlı imiş Kornet ağa xidmətdən tərxis olduqdan sonra Qazax qəzasında ona mülk sahəsi ayrılmış və o zamanlar planlı şəkildə salınan bu qəza mərkəzinin 2-ci məhəlləsinin 10 nömrəli sahəsində özünə imarət tikdirmək qərarına gəlmişdir. AR Dövlət Tarix Arxivində sənədlərə əsasən, imarətin layihəsi Yelizavetpol Quberniya İdarəsi tikinti şöbəsinin 20 oktyabr 1882-ci il tarixli 183 saylı protokoluna əsasən, tikinti işi 3 il müddətinə, yəni 20 oktyabr 1885-ci ildə qədər başa çatmalı idi və bu müddətə başa çatırılmışdır. Hazırda bu bina Qazax şəhərində qalmaqdadır. Kornet Rəhim ağanın məzarı Xanlıqlarda Babadərviş qəbristanlığındadır. Başdaşında vəfatı tarixi 1312/1895-ci il göstərilmişdir.

Ailəsi

Kornet Rəhim ağa Dilbazov öz nəslindən Hacırəhim ağa Dilbazovun (Vəhidi) qızı Sayalı xanımla evlənmişdir.Övladları: Çingiz ağa, Paşa bəy, İsgəndər ağa, Mansır ağa, Pəri xaım və Münəvvər xanım. Pərvin xanım öz nəslindən Hüseyn ağa Dilbazovun həyat yoldaşı olmuşdur. Babadərviş qəbirstanğındakı başdaşında qeyd olunduğuna görə 1337/1920-ci ildə dünyadan köçmüşdür.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.