Koreyanın toy adətləri
Cənubi Koreya adətlərinə bağlı yaşayan ölkələr arasında yer alır. Toylarında hələdə bu adətləri qoruyub saxlayıblar.
Koreyada bir kişi ilə qadın arasındakı nikah iki nəfərin birləşməsindən çox, iki ailənin birləşməsini təmsil edir. Beləliklə, hadisə tez-tez Taerye (Böyük Ritual) adlandırılmışdı və bütün insanlar iştirak edirdilər. Ənənəvi Konfüçyen dəyərlərində saxlanan, əsl nigahı əhatə edən mərasimlər uzan və mürəkkəb idi.
Profesional aradüzəldənlər ən yaxşı nazmizədləri seçirdilər, cütlüklər adətən ilk dəfə toy günü bir-birlərin görürdülər. Ailələr qərarə bir çox amillərə görə düşünərək, həttda cütlüklərin gələcək taleləri ilə bağlı falçılarla danışaraq verirdilər. Coson dövrünlə insanlar çox kiçik yaşlarında evləndirilirdi. Qızlar oğlanlardan adətən bir neçə yaş böyük olurdu.
Toy mərasimində bir çox simvolik hərəkətlər və kiçik rituallar olurdu.
Koreyalılar ənənəvi mərasimin bir çox aspektlərini saxlayırlarsa da, ən müasir mərasimlər ənənəvi Koreyalılardan daha çox Qərb nikah mərasimlərinə bənzəyir. Buna baxmayaraq, ölkə daxilində bir çox xalq kəndləri və muzeyləri ənənələri canlı saxlamaq üçün mütəmadi olaraq mərasimlər keçir
Toydan əvvəl keçirilən adətlər
Jeonanrye mərasimində , bəy kireogi ya da çöl qazı verilir. Bəy , kireogi gələcək anasına (qaynanasına) verməzdən əvvəl iki dəfə əyilir. Müasir Koreya toylarında kireogi yerin taxta qaz verilir .Bu Koreya ənənəsi harmoniya və quruluşun simvolu kimidi. Bəy gəlinin anasına qazı verərək ona sevgi vercəyinə və baxacağına dair vəd verirdi.
Gəlin və bəyin valideynləri hər kəsin istədiklərini dəvət etmək hüququna malikdirlər və bu 500 nəfərə qədər ola bilir. Koreya toy ənənəsinə görə gəlin və bəy hər bir qonağını öz xüsusi günlərinə gəldiləri üçün tək-tək gəzib salamlayırlar. bəzən isə gəlinin qonaqlarını salamlaması üçün xüsusi bir otağı olur, bəy isə qapıda dayanaraq gələn qonaqları salamlayır.
Toyda Gəlinlə bəy milli paltarlar da geyinirlər. Hanbok, minlərlə ilin ənənəsini təmsil edir və adətən parlaq rəngləri, sadə xətləri olan yüngül bir materialdan hazırlanır. Gəlinin anası mavi hanbok geyinərkən, gəlin çəhrayı və ya bənövşəyi hanbok geyinir. Ailənin qadın üzvləri də hanbok geyə bilər, ancaq ənənəvi paltar yerinə daha müasir geyim də seçə bilərlər.
Koreya toya dəvət olunanlar gəlinlə bəyə hədiyyə olaraq ağ zərfdə pul verilir.Verilən pulun miqdarı gəlin və bəylə olan qohumluq əlaqəsindən asılıdır.
Mərasimdən sonra bəyin ailəsi ev, gəlinin ailəsi isə evin mebellərin alırdılar. Ancaq indi gənclər ailələrindən aılı olmaqıları üçün öz evləri olur. Validyinlər birlidə razılaşaraq başqa hədiyyələr verirlər.
Pyebaek | Koreya toy ənənəsi
Pyebaek bir çox Koreya toy ənənələrindən biridir və mədəniyyət içərisində ailənin əhəmiyyətini vurğulayır. Pyebaek zamanı gəlinlə bəyə xurma, şabalıd verlir. Evli cütlüyə uşaqları sağlam olası üçün hurma, şabalıd kimi meyvələr atılır gəlin onu ətəyi ilə tutmağa çalışır.