Koreyanın bölünməsi
Koreyanın bölünməsi — Koreya yarımadasının Şimal və Cənuba bölünməsi. Bu iki ölkənin meydana gəlməsi 1945-ci ildə o zamana kimi tərkibində olduğu Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyəti nəticəsində baş verir. İkinci dünya müharibəsindən sonra ABŞ və SSRİ ölkənin birgə idarə edilməsi haqqında müqavilə imzaladılar. Hər iki ölkənin sərhəddi 38-ci şimal paralelindən keçməli idi.
Koreya müharibəsindən (1950—1953) sonra iki yeri təşkil olunan dövlət Koreya silahsızlaşdırılmış zonası ilə bir-birindən ayrılır.
Tarixi fon
Koreyanın yapon işğalı (1910—1945)
1905-ci ildə Rus-yapon müharibəsindən sonra Koreya Yaponiyan protektaratılna çevrilir. 1910-cu ildə isə Yaponiyaya birləşdirilir.
İkinci Dünyan müharibəsi (1939—1945)
1943-cü ildə Qahirə konfransında iştirak edən ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin Respublikasının prezidenti Çan Kayşi yapon koloniyalarının taleyi məsələsində müzakirələr zamanı onun bütün işğal etdiyi ərazilərdən çıxarılmasına qərarverirlər. Koreyada bu qəbildən olan ərazilərdən idi.
ikinci Dünya Müharibəsinin sonlarında, 1945-ci ilin avqustunda hələ də Koreyanın taleyi aydın deyildi. Ancaq ABŞ SSRİ-nin Koreyaya daxil olub ərazini təsir dairəsinə daxil edəcəyindən ehtiyat edirdi. Bunu önləmək və prosesi sürətləndirmək üçün Koreyaya girməyi düşünürdü. 10 avqust 1945-ci ildə iki gənc zabitə, Din Rasku və Çarlz Botnilə Koreyada Amerika i.ğal zonası təşkil etməyi həvalə edirlər. Belə qərara gəlinir ki, işğal zonasının şimal sərhəddi 38-ci şimal paraleli olmalıdır.
Bu vaxt koreya xalqı ölkədəki inzibati boşluqları doldurmağa çalışırdı. 6 sentyabr 1945-ci ildə Seulda ölkələrinin ən yüksək qanunverici orqan kimi nümayəndələrin qurultayı təşkil edildi. Hökumət əsasən solçu qüvvələrdən ibarət idi.
İkinci Dünya müharibəsi sonrası
Cənub
7 sentyabr 1945-ci ildə general Duqlas Makartur Con Hocu Koreyada Amerika hərbi hökumətinin rəhbəri təyin edir. Sonrakı gün Hocun rəhbərlik etdiyi ordu İnçhona daxil olur. Koreya Respublikası müvəqqəti hökuməti 3 tərcüməçinində daxil olduğu deleqasiya göndərərək danışıqların başlamasınma cəhd etdilər. Ancaq deleqasiya qəbul edilməmişdir.
yaponiyadan fərqli olaraq ölkənin idarəsi hərbiçilərin əlinə keçir. İnzibati dəyişikliklər demək olar gercəkləşdirilmir. Yapon işğalı zamanı vəzifədə olan şəxslər yenə də öz öpostlarında qalırdılar. Yapon rəsmi nümayəndələri öz postlarında 1946-cı ilə qədər qalırlar.
Amerika işğalçıları özünü müvəqqəti hökumət elan edənlərə şübhə ilə yanaşır onların həqddindən artıq solçu olmalarını istəmirdilər. Üstəlik ölkədə antikommunist hərəkatları dəstəkləyirdilər. 1948-cio ilin avqustunda Lı Sın Man Koreya Respublikasının prezidenti seçildikdən sonra amerika qüvvələri yarımadanı tərk edir.
Şimal
1945-ci ilin Şimali Koreyada «Sovet vətəndaş idarəsi» qurulur. 1946-cı ilin fevralında Kim İr Senin rəhbərliyi altında müvəqqəti hökumət qurulur. 1948-ci ildə Sovet qoşunları Koreyanı tərk edir.
Sarı dəniz ərazisində mübahisəli ərazilər
Quru ərazisi münaqişə tərələri arasında bölünsə də dən izdə müəyyən problremlər qalırdı. Sarı dənizdə bəzi adalar vardır ki, Cənubi Koreyaya məxsus olsa da Şimali Koreya sahillərinə yaxın ərazidə yerləşir. Cənubi Koreya adalar və onun akvatoriyasını öz ərazisi hesab edir. Şimali Koreya adaları Cənubi Koreyaya məxsus olmasını qəbuıl etdə də akvatoriyanı öz sahəsi hesab edir. Bu iki ölkə arasında münaqiçələrə səbəb olur. Ada sahillərinə yaxın tez-tez ABŞ və Cənubi Koreya ordusu təlimlər keçirir. Atışlar Şimali Koreyada öz ərazisi üeçün təhtid hesab edilir [1][2].
Həmçinin bax
İstinadlar
- "Залповый огонь — Русская газета". 2017-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-11.
- "История конфликта между КНДР и Южной Кореей — РИА Новости". 2016-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-11.