Koreya televiziyası
Koreya televiziyası
Tarixi
Koreya Respublikasında televiziya yayımı 1956-cı ildə yaranmışdır. Bu Seulda şəxsi mülkiyyətə aid və ticarət üçün yayım edən bir stansiyanın qurulması ilə başlamışdır. Lakin,bu ilk televiziya stansiyası 1959-cu ildə yanğın nəticəsində məhv olmuşdur. 1961-ci ilin dekabr ayında Seul şəhəri hökümətinin təşəbbüsü ilə KSB TV, Koreyadakı ilk yayım televiziyası fəaliyyətinə başlamışdır. Digər şirkət TBC TV isə 1964-cü il yanvar ayında yayıma başlamışdır. Munhva (문화) yayım şirkəti isə 1969-cu il avqust ayında Koreyanın 3-cü televiziya stansiyası kimi MBC TV-nin təməli qoyulmuşdur. SBS (Seul Yayım Sistemi), 1990-cı ildə xüsusi bir üsulla yayıma başlamışdır.KBS, MBC, SBS və EBS yayım stansiyaları 2001-ci ildən etibarən Seul metropol ərazilərində digital yayıma başlamışdır. Bu xidmət, 2002-ci ildə Seulda daha böyük bir əraziyə yayılmışdır.
Televiziyanın cəmiyyətdə rolu
1990-cı illərdə kabel televiziyası sınaq yayımları başlamışdır. Cəmiyyətdə elm və müxtəlif əyləncə növlərinə qarşı marağın artdığı vaxtlarda kabel televiziya sahəsinə maraq da sürətlə artmağa başlamışdır. 2009-cu ilin sonlarında artıq 15.2 milyon kabelli televiziya abunəçiləçiləri, müxtəlif sahələrdə inkişafda olan 120 kabelli kanalı izləyə bilirdilər. İPTV (İnternet Protokolu Televiziyası)nın yüksəlişi də, Koreya dövlətinin informasiya və texnologiya sahəsində liderlərdən biri olmasına təkan vermişdir. Koreya Kommunikasiya Komissiyasına görə (KKC), 2010-cu ildə İPTV xidmətinin abunəçisinin 3.086 milyon olduğu hesablanmışdır.