Koreya milli oyunları
Koreya milli oyunları(정통 놀이) Koreya yarımadasının mədəniyyəti, tarixi, ətraf mühitinin təsiri altında qalmışdır. Koreyalılar tarix boyu ailə üzvləri və dostları ilə milli oyunlardan zövq almışdır. Oyunlar həmçinin birlik hissi də yaradır. Ən məşhur milli oyunları Jegichagi , Neolttwigi , Shirim , Tuho və Yutnoridir.
Xüsusiyyətləri
Koreyanın ənənəvi oyunları xalq inanclarından yaranmışdır. Koreyalılar qədim dövrlərdə təbiəti və torpaqlarını qoruyan tanrılara inanırdılar. Bu səbəbdən məhsuldarlığı artırmaq üçün onlar müxtəlif mahnılar oxuyur, rəqslər edirdilər. Ənənəvi oyunlar da məhz bu erkən dövrdə inkişaf etmişdi. Bir çox xalq inancları yoxa çıxsa da , oyunlar indiki dövrdə də oynanmağa davam edir.
Oyunların adları və qaydaları bölgəyə görə fərqlənir. Gyonggidoda Gonu "Gonu , Goni , Ggoni" , Conladoda isə "Ggon , Ggonu" adlanırdı. Yapon hakimiyyəti altında Koreyadakı ənənəvi oyunların hamısı yox olmağa başladı.
Əksər oyunlar (Tuho , Şirım və uçurtma uçurmaq kimi) əllə , (Cegiçagi , Tekgyon) ayaqla oynanır və bu oyunlar avadanlıq və ya müəyyən bir oyun sahəsi tələb etmir. Oyunların eyni zamanda dörd fəsillə də əlaqəsi vardır.
Oyunlar
Yutnori(윷놀이)
Yutnori oyununda bir üzü düz , bir üzü isə yarımdairə formalı taxta çubuqlardan istifadə olunur. Koreyanın ən məşhur oyunlarından biridir və bir qayda olaraq Yeni ilin ilk günü iki nəfər arasında və yaxud bir neçə qrup şəklində oynanılır. Hər oyunçu ardıcıl olaraq Yut çubuğunu atır. Yut çubuğu ilə 5 kombinasiya yaratmaq mümkündür. Bunlar Do(1 çubuğun düz üzü yuxarı düşməsi) , Gae(2 çubuğun düz üzü yuxarı düşməsi) , Geol(3 çubuğun düz üzü yuxarı düşməsi) , Yut(4 çubuğun düz üzü yuxarı düşməsi) və Mo(4 çubuğun yumru üzü yuxarı düşməsi)-dur. Yut və yaxud Mo atan əlavə atmaq imkanına malikdir. Əgər bir oyunçunun fiquru digəri ilə eyni əraziyə düşərsə , 2-cisi oyunu yenidən başlayır. Əgər bir oyunçu öz komandasındakı oyunçunun fiquru ilə üst-üstə düşərsə , iki fiquru da eyni anda hərəkətə gətirə bilər. Bütün əraziləri ilk keçən şəxs yaxud komanda qalib olur. Bu oyunun kökü qədim falçılıq rituallarından gəlir.
Shirim(씨름)
Shirim Yaponiyanın "Sumo" adlanan və 2 nəfərin qumdan ibarət olan dairəvi ərazidə döyüşdüyü idman növünə bənzəyir. Bu oyunda rəqibini yerə ata bilən oyunçu qalib olur. Koreyada bu oyun üzrə hər il yarışmalar keçirilir. Güc və texnikanın müqayisəsini göstərən Shirim Koreya üçün unikal döyüş idman növü hesab olunur. Shirim həmçinin qədim tayfa dövlətlərində keçirilən ritualların mühüm hissəsiydi. Hal-hazırda Koreyada hər il idol qruplarının yarışdığı Idol Star Athletics Championship televiziya proqramında Shirim da vardır.
Jegichagi(제기차기)
Jegichagi qərbdə olan Hacky Sack oyununa bənzəyir. Jegichagi oyununda tennis kəkliyinə bənzəyən , qəpik və Koreyanın milli kağızı olan "hanji"(한지)-dən yaranmış topu çiləyirlər. Ən çox çiləmə sayına çatan oyuncu qalib olur. Oyunda ayaq dəyişmək olar. Komanda olaraq oynadıqda oyuncular ardıcıl olaraq jegini çiləyir. Jegini yerə salan oyunçu məğlub olur və qalibin çiləməsi üçün jegini ona atır. Məğlub olmuş jegini əli ilə tutarsa onda o yenidən oyuna qayıda bilər.
Tuho(투호놀이)
Tuho oyunu ilk olaraq kral ailəsində və ya yuxarı təbəqəyə məxsus ailələrdə məşhur idi. Tuho oyununda oyuncular oxları iti ucuyla uzaqda yerləşən böyük qaba atmalıdırlar. Qalib qabdakı oxların sayına görə müəyyən olunur. Hal-hazırda bu oyunu bütün təbəqədən olan insanlar oynayır. Rebekka Lukasın dediyinə görə Tuho hələ Goguryo Krallığı(b. e. ə 37-ci il-b. e 668-ci il) dövründə mövcud olmuşdur. Və bu oyun haqqında məlumata qədim Tan ölkəsi tarixində və Sui kitabında rast gəlinir. Deyilənə görə Kral Yedjon(1105–1122) Sun imperatoru tərəfindən 1116-cı ildə Tuho oyunu ləvazimatlarını hədiyyə olaraq almış amma oyunun necə oynanılacağını bilmədiyi üçün bu oyunun məşhurluğu zəifləmişdir. Coson dövründə bu oyun həm qadınlar həm də kişilər tərəfindən oynanılırdı. Həmçinin Knyaz Yangnyong(양녕 대군 1394–1462) və onun bacıları və Kral Xyondjon(현종 1641–1674) və onun ailəsi tərəfindən oynanılmışdır.
Neolttwigi(널뛰기)
Neolttwigi bir növ Koreya yelləncəyidir. Qərbdə olan ikitərəfli yelləncəkdən fərqli olaraq , hansında ki , hər iki tərəfdəki insan oturaraq yellənir , Koreya yelləncəyində hər iki nəfər ayaqüstə dayanır. Bir tərəfdəki yelləncəyə hoppanaraq ona basdıqda digər tərəfdəki də yuxarı hoppanmış olur. Beləliklə , oyunçular ardıcıl olaraq hoppanırlar.
Gonggi(공기)
Gonggi Koreya milli uşaq oyunudur və ənənəvi olaraq sayı 5 və ya artıq olan kiçik üzüm boyda olan daşlardan istifadə edilərək oynanılırdı. İndi isə uşaqlar daş axtarmaq yerinə rəngbərəng plastik daşlar alırlar. Bu oyun istənilən yerdə və istənilən sayda insan tərəfindən oynanıla bilər. Oyun üçün yalnız düz yer və 5 yaxud daha artıq daş tələb olunur. Bu oyun bizim bildiyimiz "5 daş" oyununa bənzəyir. Oyunda daşları bir-bir atdıqca yerdəkini götürərək atılan daşı da tutmaq lazımdır. Oyun çətinləşdikcə atılan və götürülən daşların sayı artır və sonda daşları ovucun içiylə tutmaq yerinə ovucun üstü ilə tutmaq lazımdır. 2020 ci ildə BTS qrupu özlərinin televiziya proqlamı olan "RUN BTS"da Gonggi oyununu oynamışlar.
Yutnori
Yutnori , dörd taxta çubuqdan ibarət taxta zər oyunu Koreyanın ən populyar ənənəvi oyunlarından biridir və adətən Yeni ilin ilk günündə iki oyunçu və ya komanda tərəfindən oynanılır. Hər bir oyunçu (və ya iki oyunçudan ibarət komanda) növbə ilə çubuqları atırlar. Yut çubuqları ilə beş birləşmə mümkündür: do , ge , gol , yut və mo. Bir yut ya da mo əldə edən oyunçuya yenidən çubuğu atmağa icazə verilir. Əgər çubuğun bir hissəsi rəqib tərəfindən işğal edilmiş əraziyə düşərsə , oyunçu yenidən başlanğıc nöqtəsinə qaytarılır. Kombinasiyalar lövhədəki parçaların necə daşındığını müəyyənləşdirir və lövhə üzərindəki dörd parçanı da ələ keçirən komanda qalib gəlir. Bu oyunun əsası kehanet ayinlərindən gəlir.
Şirım(güləş)
Şirım Yapon sumo güləşinə bənzəyir , iki rəqib bir-birilə qumlu sahədə mübarizə aparır. Rəqibini yerə atan oyunçu bir xal qazanır. Populyar olan bu yarışlar hər il keçirilməkdədir. Güc və texnika yarışması olan Şirım Koreyanın bənzərsiz bir güləş növüdür.
Ənənəvi olaraq döyüş və özünümüdafiə növü olan şirım həm də qədim qəbilə dövlətlərində aparılmış ayinlərin bir hissəsi olmuşdur.