Koreya milli festivalı mədəniyyəti

Koreya Milli Festivalı ( Hanqıl: 한국전통축제)- Uzun illər boyu koreya xalqı arasında keçirilən Koreya Milli və Yerli festivallarıdır. Koreya ənənəvi festivalları əsasən kənd təsərrüfatı ayinlərinə və miflərinə əsaslanır. " Seolnal ( 설날 ) — Yeni il günü " və " Çusok ( 추석 ) — Məhsul festivalı " ən böyük festivallar olaraq bilinir. Digər festivallara " Daeboreum (대보름) , Meoseumnal, Yeongdeungje , Samjinnal ( 삼짇날 ) , Hansik ( 한식 ) , Chopail ( 부처님 오신 날 ) , Dano ( 단오 ) , Yudu , Sambok , Chilseok ( 칠석 ) , Baekjung , Jungu , Sangdalgosa , Sondolpoong , Dongji ( 동지 ) , Seotdal Geumeum , Seotdal Geumeum ( 섣달그믐) və s. aiddir. Koreyada ilin hər ayına uyğun festival vardır.

설날 Seolnal

Lunar təqviminə görə qeyd olunan Yeni ildir. Şükran günü kimidə tanınır. 설 sözü tanıdıq olmayan, yeni gələn ilin yeniliyini ifadə edən sözdən qaynaqlanır , 날 isə "gün" deməkdir. Koreyada Seolnalı qeyd etməyə nə vaxt başlandığı bilinmir amma festivalın rituallarının 6-cı əsrə dayandığı güman edilir. Seolnalda Koreyalıların etdiyi bir çox şey vardır. Həmin gün Koreyalıların əksəriyyəti hanbok geyirlər. İnsanlar öz böyüklərinin ( valdeyn, nənə-baba, böyük saydığı insanların ) yanına gedərək Sebe ( 세배 ) edirlər. Sebe böyüklərin yanına gedərək bayramlarını təbrik etməkdir. Böyüklər isə sebe etməyə gəlmiş yaxınlarına pul və ya hədiyyə verir. Koreyalılar Sebe vasitəsi ilə ailədəki valdeynlərə, ağsaqqallara öz hörmətlərini nümayiş etdirirlər. Charye ( 차례 ) adlı əcdad ayinidə həyata keçirirlər. Koreyalılar həmin gün ( 떡국 ) Dokquq yeyirlər. Seolnalda həmçinin yutnori, çeqiçaqi kimi milli oyunlar oynanır. Seolnal-ın keçməsi ilə Koreyalıların yaşının üstünə bir yaşda əlavə olur.


1-ci Ay

Daeboreum (Hanqıl: 정월대보름, Hanja: 正月大보름)

Birinci ayın 15-i qeyd edilir. Yeni ilin ilk bütöv ( tam ) ayını qeyd edən gündür. Ənənəyə əsasən bir qrup insan Geuybulnori (Hangul: 쥐불놀이) adlanan oyunu Daeboreum-dan bir gün əvvəl və yaxud həmin gün oynayırlar. Fermerlər düyü sahələri arasındakı silsilələrdə quru otlara od vurub yandırır, digər insanlar isə içərisində od olan qutuların ətrafında fırlanır. Praktiki olaraq insanlar odun düyü sahəsindəki zərərli həşəratları yox edəcəyinə və oddan yaranan külün torpağı bərəkətli edərək əkinçiliyə yararlı olacağını düşünür. Həmçinin həmin gün insanlar Ogokbap (Hanqıl: 오곡밥, Hanja: 五穀밥) , five-grain rice ( 5 dənli düyü ) adlanan yeməkləri və ədviyyatlı göyərti yeyirlər. İnsanlar Guibargi (Hangul: 귀밝이술) adlı şərabı içir, gecə dağa qalxır (Hanqıl: 달맞이) və aya öz istəkləri üçün dua edirlər. İnsanlar həmçinin (Hangul: 부럼깨기) edirlər Daeboreum günü. İnsanlar qoz-fındığı dişlərində sındırır və inanırlarki belə olduqda il boyu üzlərində ləkə yaranmayacaq.


2-ci Ay

Meoseumnal (Hangul: 머슴날)- Xidmətçilər üçün ənənəvi bayramdır. 머슴 ( Meoseum) — qulluqçu, qul 날 ( Nal ) — gün deməkdir. Bu gün ağaların qulluqçulara və qullara fevral ayında əkin başlamadan əvvəl yemək yemək, oynamaq, rəqs etmək üçün icazə verdikləri bir gündür. Ağalar bu gün üçün qullara ayrıca pul ayırır və beləliklədə qullaq öz pullarına xərcləmək məcburiyyətində qalmır və rahatca əylənə bilirlər. Bu festival ağalar tərəfindən qulluqçulara və qullara əkində il boyu yaxşı işləməklərinə təşviq etmək üçün hazırlanmışdır. Həmin gün üçün qullar Songpyeon adlandırılan ənənəvi qəlyanaltı (Hangul: Han, Hanja: 松 편, Tteokun dəyişməsi, ənənəvi düyü tortu) hazırlayır və yaşlarına uyğun yeyirlər. Məsələn 10 yaşlı bir qul 10 ədəd songpyeon yeyir.

Meoseum sistemi ləğv edildikdən sonra festival artıq qeyd olunmur və festivalı xatırlayan kimisə rast gəlmək nadir hal alıb.

Yongdeungje (Hangul: 영등제, Hanja: 靈登祭) Fevral ayının ilk günündə yerə enib ayın 20-i kimi qalxdığı güman edilən külək tanrısı Yongdeung (Hangul: 영등, Hanja: 靈登) üçün qeyd edilən gündür. Festival əsasən Jeju adasında və Youngnam ərazisində qeyd olunur. Yongdeung-ın yer üzündə olarkən güclü küləklər gətirəcəyinə inanılır. Beləliklə balıqçılığa və təsərrüfat kimi güclü küləyin ziyan edəcəyi sahələrdə insanlar külək tanrısını sakitləşdirmək üçün Jesa (Hangul: 제사, Hanja: 祭祀) adlı mərasim keçirirlər. Yongdeung-un yüksəldiyi gün yağış yağsa və ya hava buludlu olsa insanlar ilin məhsuldar olacağını düşünür.


3-cü Ay

Samjinnal (Hangul: 삼짇날, Hanja: 三짇날) festivalının mənşəyi bilinmir lakin yazın gəlişini qeyd edən bir gün kimi bilinir. Bu gün qaranquşların geri qayıtdığı, ilanların yuxudan oyandığı və kəpənəklərin uçmağa başladığı gündür. Bu gün kim ilan görsə şanslı olacağı düşünülür. Bu gün insalar oxçuluq, xoruz döyüşü, çiçək seyr etmə ( izləmə ) və falçılıq kimi şeyləri edərək əylənirlər. İnsanlar Hwajeon (Hangul: 화전, Hanja: 花 煎) adlanan düyüdən hazırlanan gül şəkilli pancakeləri yeyir və Gyeongju (Hangul: 두견주, Hanja: 杜鵑 酒, Azalea şərabı) içirlər.


6-cü Ay

Yudu (Hangul: 유두, Hanja: 流頭) — pis ruhlardan qurtulmaq ümidi ilə qeyd olunan ənənəvi bayramdır. Keçmişdə insanlar Yududa şərqə axan çaylara gedib çimər və saçlarını yuyardılar. Bu ritual ayin idiki insanlar yuyunmaqla pis ruhlardan qurtulduqlarını düşünürdülər. Sonra insanlar əkinçiliyin məhsuldarlığına ümid edərək yeni yığılmış meyvələrlə əkinçilik tanrısına ayinlər edirlər. Əriştənin uzun və yaxşı bir həyat yaşamağın simvolu olaraq inanıldığı üçün həmin gün əriştə yeyirlər.

Sambok (Hangul: 삼복, Hanja: 三伏) — yayın ən isti günü qeyd edilir. İlin ən isti günü insanlar təzə meyvələr, içki və digər ənənəvi qidaları yeyirlər. Bunların içində ən məşhuru isə Samqyetanqdır (Hangul: 삼계탕, Hanja: 蔘 鷄湯). Bütöv bir toyuq və İnsam ( ginsengi ) ilə hazırlanan yeməkdir.


7-ci Ay

Chilseok — 7-ci ayın yəni İyulun 7-i qeyd edilən bayramdır. Bu bayramın əsasını "Gyeonwoo və Jiknyeo (Hangul: 견우 와 직녀, Hanja: 牽 牛 와 織女)" adlı koreya xalq nağılı təşkil edir. Koreyalı qadınların toxuculuq fəaliyyətləri ilə əlaqədar bayramdır. Həmin gün qadınlar toxuculuqlarının yaxşı olması üçün xiyar və turşu meyvəsi ilə Jiknyeo-ə ritual ayin həyata keçirirlər. Chilseokda insanlar miljeonbyeon (Hangul: 밀전병, Hanja: 밀煎餠, Wheat pancake) və mil guksu(Hangul: 밀국수, Wheat noodles) yeyirlər. Çünki buğda soyuq külək əsəndə yeyiləcək yemək deyildir.

Baekjung (Hangul: 백중, Hanja: 百 中 / 百 衆). İyul ayının ortası bol miqdarda meyvə və tərəvəz toxumunun olduğu dövrdür. Beak " (Hangul: 백, Hanja: 百, yüz) yüzlərlə meyvə və tərəvəz sözünü ifadə edir. Məhsul yığımından əvvəl əkinçilər bu günü dincəlmək və əkin ilinin məhsuldar keçməsi üçün tanrıya ritual ayinlər keçirərək qeyd edirlər. Əvvəllər xidmətçilərə və işçilərə həmin gün istirahət və pul verilirdiki yemək və mal ala bilsinlər. Bəzi xidmətçilər isə həmin gün evlənirdi. Baekjung-da insanlar müxtəfil yabanı tərəvəzlərlə birliktə kartof, un, buğda ilə hazırlanmış yeməklər yeyirdilər.


8-ci Ay

Çusok (Hangul: 추석). Digər adı ilə Hangawi (Hangul: 한가위) adlanır. Koreyada şükran günü kimi qeyd olunur və ən böyük ənənəvi festivallardan biridir. Lunar təqvimi ilə bütöv ayın altında 8-ci ay yəni Avqustun 15-i qeyd edilir. Həmin gün insanlar rəqs , döyüş kimi fəaliyyətlər edirlər. Döyüşün bir növü olan Ssireum (Hangul: 씨름, Koreya güləş oyunu)-da edirlər. İnsanlar da Charye (Hangul: 차례, Hanja: 茶 禮) kimi ənənəvi mərasimlər keçirərək əcdadlarına olan hörmətlərini ifadə edirlər. Ritualın bir hissəsidə əcdadlarının məzarlarını ziyarət edərək lazımsız otları təmizləyir məzarı səliqəyə salmaqdır. İnsanlar Songpyeon (Hangul: 송편, Hanja: 松 편, taxıldan hazırlanan ənənəvi düyü tortu), Torantang (Hangul: 토란탕, Taro şorbası) kimi yeməklər hazırlayıb yeyirlər. Bu bayram ilin ən şənlikli bayramı hesab olunur.


9-cu Ay

Jungu or Jungyangjeol ( 9-cu ayın 9-cu günü qeyd edilir ). "Jungyang" qədim Koreya numerologiyasına əsaslanır, hərfi mənası müsbət ədədin kvadratı deməkdir. Jungu (Hangul: 중구, Hanja 重九) or Jungyangjeol (Hangul: 중양절, Hanja: 重陽節) bu uğurlu gün kimi hesab olunur. Festivalın tarixi Silla sülaləsinə gedib çıxır. Coson sülaləsi dövrün Koreyalılar Hanyang ( Cosonun paytaxı. İndiki Seoul ərazisi ) ətrafındakı Namsan və Bookaksan dağına qalxıb orada yeyib içib Danpung-nori (Hangul: 단풍놀이, Hanja: 丹楓놀이 — payız xəzanlarının rənginin dəyişməsi mənzərəzi ) baxıb həzz alırdılar. İnsanlar həmişə bu günü Gukhwajeon (Hangul: 국화전, Hanja: 菊花煎, pancake ), Eran ( Hangul: 어란, Hanja: 魚卵, roe ) və Yujacheong ( Hangul: 유자청, Hanja: 柚子淸, ballı sitron çayı ) yeyir və içirlər.

10-cu Ay

Sandalgosa (Hangul: 상달고사, Hanja: 上달告祀)

Ailənin əmin-amanlığı və sabitliyi üçün Oktyabr ayında edilən ritual mərasimdir. Çiçəklənən bir il üçün tanrılara şükür edilir. Hər bir ailə mərasimi keçirmək üçün gün seçir. ( Oktyabr ayı ərzində olduğu üçün hər hansı bir gün seçilə bilir. ) Evin ətrafına qızılı ip bağlanırki ev pis ruhlardan təmizlənsin. Evin hər bir otağına ev tanrıları üçün yemək qoyulur.

Sondolpoong və ya Sonseokpong ( Oktyabr ayının 20-i qeyd edilir ). Sondolpoong (Hangul: 손돌풍, Hanja: 孫乭風) yaxud Sonseokpong (Hangul: 손석풍, Hanja: 孫石風) oktyabr ayının 20-i əsən güclü küləkdir. Küləyin niyə o günü gəlməsi ilə bağlı xalq hekayəsi vardır. Sondol adlı bir qayıqçı həmin gün saxta ittiham adı altında öldürülmüşdür. Buna görədə güclü külək və sellərin məhs o günü gəldiyi düşünülür. Haqsız ölümü xatırlamaq üçün həmin gün qayıqçılar və balıqçılar ritual ayin həyata keçirirlər. Ritual ayinləri həyata keçirərək güclü küləyin onlara zərər vermiyəcəyinə inanırlar. Bu gün üçün ritual yeməklər hazırlanır.


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.