Koreya Meşə Xidməti
Koreya Meşə Xidməti (kor. 산림청) – Cənubi Koreyanın meşə resurslarını qorumaq, artırmaq və zəngiləşdirməkdən məsul olan dövlət agentliyi. Kənd Təsərrüfatı, Qida və Kənd Məsələləri Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentlik meşə məhsullarının istehsalı və meşə menecmenti tədqiqatları ilə məşğuldur. Qərargahı Tecon şəhərində yerləşir.
Koreya Meşə Xidməti | |
---|---|
Yaranma tarixi | 1 yanvar 1967 |
Mərkəzi |
|
forest.go.kr | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Koreya Meşə Xidməti 1967-ci ildə yaradılmışdır. Əvvəllər Kənd və Meşə Təsərrüfatı Nazirliyinin Meşə Bürosu kimi fəaliyyət göstərmişdir. 1977-ci ildə agentliyin tərkibində Meşəçilik Təlimi İnstitutu açılmışdır. Təşkilat 1973–1978, 1979–1987, 1988–1997, 1998–2007 və 2008–2017-ci illərdə meşə planları həyata keçirmişdir.[1]
Fəaliyyəti
Koreya Meşə Xidmətinin əsas vəzifəsi meşələrlə bağlı qanunların tətbiqinə nəzarət etməkdir. Agentlik 5 büro, 22 diviziya, 5 regional meşə xidməti və 22 milli meşə stansiyasından ibarətdir.
Agentlik BMT-nin səhralaşma ilə mübarizə Konvensiyası, BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası və Bioloji Müxtəliflik haqqında Konvensiyasının iştirakçılarından biridir. BMT-nin səhralaşma ilə mübarizə Konvensiyasının 2011-ci ildə Cənubi Koreyada keçirilmiş X konfransında Koreya Meşə Xidməti aktiv iştirak etmişdir.[2] Agentlik Asiya Meşə Əməkdaşlıq Təşkilatının yaradılmasında vacib rol oynamışdır.[1]
İstinadlar
- "History". Rəsmi saytı (ingiliscə). 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2024.
- "COP 10, Changwon, 2011". BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası (ingiliscə). 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2024.
Xarici keçidlər
- forest.go.kr — Koreya Meşə Xidmətinin rəsmi saytı