Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (abbr. KOİKA, KOICA) — Koreya Respublikası hökumətinin xarici yardım təşkilatı
Tarix
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramlarını həyata keçirmək məqsədilə dövlət agentliyi olaraq 1991-ci ilin aprel ayında Xarici İşlər və Ticarət Nazirliyinin (XİTN) himayəsi altında yaradılmışdır.
Koreya dünyanın ən yoxsul ölkələrinin birindən iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrdən birinə çevrilməkdə unikal təcrübəyə malikdir. Koreyanın bu keçid zamanı əldə etdiyi bilik və təcrübə KOİKA-ya əməkdaşlıq etdiyi ölkələrin davamlı sosial-iqtisadi inkişafına dəstək verməyə və onlara daha yaxşı bir dünya üçün perspektiv vəd etməyə imkan verən qiymətli keyfiyyətlərdir.
KOICA-nın məqsədi tərəfdaş ölkələrdə Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq, habelə bərabər və davamlı inkişaf təşviqinə kömək etmək vasitəsilə daha yaxşı bir dünya qurmaqdır. KOICA həmçinin yoxsulluğun aradan qaldırılması və həyat səviyyəsinin yaxşılaşdırılması üçün xalqların və şəxslərin potensialının artırılmasına yönəlmiş qlobal fəaliyyətdı fəal iştirak etmək istəyir.
Koreyanın inkişaf təcrübəsi və bacarığına əsaslanaraq KOİKA öz yardım proqramlarını aşağıdakı sahələr üzərində cəmləşdirmişdir:
Azərbaycandakı fəaliyyəti
Azərbaycan Nümayəndəliyi
KOİKA proqramının Azərbaycanda tarixi 1994-cü ildə KOİKA-nın Azərbaycana təxirəsalınmaz vəziyyətlə əlaqədar 50 000 ABŞ dolları məbləğində yardım etdiyi zaman başlamış və 1996-cı ildən 2005-ci ilə qədər KOICA 65 nəfər üçün təlim proqramları (300 000 ABŞ dolları dəyərində) təşkil etmişdi. 2006-cı ilin martında Koreya Respublikasının Səfirliyi açıldı və Koreya Respublikasının Prezidenti cənab Mu-hyun Roh həmin ilin iyun ayında Azərbaycana səfər etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 2007-ci ilin aprelində Koreyada rəsmi səfərdə oldu.
Bu zəmində, 2009-ci ilim fevral ayında KOİKA-nın Azərbaycan Nümayəndəliyi açıldı. KOİKA-nın 2011-ci ildə Azərbaycan proqramlarına ayırdığı maliyyə təxminən 10 milyon ABŞ dolları olmuşdur.
Təqaüd proqramı (magistratura dərəcəsi proqramı)
KOICA dövlət qulluqçularına Koreyanın nüfuzlu universitetlərin təqaüdlə magistratura proqramında təhsil almaq imkanı yaradır. 2011-ci ildə KOİKA Azərbaycandan 4 dövlət qulluqçusuna Beynəlxalq Araşdırmalar (Qadınlar və İnkişaf), Beynəlxalq Araşdırmalar, Dövlət Siyasəti və Koreyanın İqtisadiyyatı və İnkişaf Əməkdaşlığı sahələri üzrə təhsil təklif etmişdir.
Azərbaycanda KOICA Məzunlar Assosiasiyası (KOAZ)
Azərbaycanda KOICA Məzunlar Assosiasiyası (KOAZ) KOİKA-nın təlim iştirakçıları tərəfindən təsis edilmişdir. KOAZ Koreya və Azərbaycan arasındakı əlaqələri təşviq etmək, KOICA təlimindən əldə edilmiş bilik vasitəsilə Azərbaycanın sosial və iqtisadi inkişafına töhfə vermək və KOİKA təlim iştirakçıları arasında dostluğun inkişaf etdirmək üçün təşkil olunmuşdur və təsis məqsədinə uyğun olan fəaliyyəti həyata keçirir.