Korenovski rayonu
Korenovski rayonu (rus. Кореновский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Korenovsk şəhəridir.
Korenovski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
45°27′57″ şm. e. 38°27′04″ ş. u. |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Korenovsk[1] | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 2 iyun 1924 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 86142 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Korenovski rayonu Krasnodar diyarının mərkəzində yerləşir. Ərazinin sahəsi 1426 km²-dir. Bölgənin iqlimi mülayim kontinentaldır.
Tarix
Korenovski rayonu 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Kuban dairəsinin bir hissəsi olaraq qurulur. Buraya Kuban-Qara dəniz vilayətinin ləğv edilmiş Krasnodar bölməsinin ərazisinin bir hissəsi daxil idi.
Əvvəlcə rayona 19 kənd şurası daxil idi: Anapski, Babiçe-Korenovski, Babiçe-Çernigovski, Beysuqski, Beysujenski, Berezanski, Bratkovski, Buzinovski, Burakovski, Vıselkovski, Dyadkovski, Juravski, İnoqorodne-Malevanı, Kazaçe-Malevannı, Novosuvorovski, Plastunovski, Platnirovski, Razdolnenski.
16 noyabr 1924-cü ildən bu rayon Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarının bir hissəsi idi.
28 dekabr 1934-cü ildə Vıselkovski və Plastunovski rayonları onun tərkibindən ayrılır.
13 sentyabr 1937-ci ildən Korenovski rayonu Krasnodar diyarının bir hissəsi olur.
SSRİ-də sənaye və kənd ərazilərinin yaradılması ilə, 11 fevral 1963-cü ildə Korenovski rayonu ləğv edildi və ərazisi Krasnodar diyarının Ust-Labinski rayonuna verildi.
3 mart 1964-cü ildə Korenovski rayonu əvvəlki sərhədləri daxilində bərpa edildi.
1993-cü ildə kənd sovetlərinin fəaliyyətinə son verilir. Kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir.
2005-ci ildə rayonda 10 inzibati vahidlik qurulur. 1 şəhər və 9 kənd inzibati vahidliyi.
Əhali
2007-ci ildə əhalisi 85,7 min nəfərdir. 1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 85 262 nəfər təşkil etmişdir. Bunlardan 48,2% -i şəhər sakinləri, 51,8% -i kənd sakinləridir. Bütün əhali arasında kişilər 46,3 %, qadınlar 53,7 % təşkil edir. Ümumi əhalinin 50626 (59,4 %) nəfəri əmək qabiliyyətli insanlar, 23,4 %-i pensiyaçılardır[4].
İnzibati-ətazi vahidləri
Kanevski rayonunda 1 şəhər və 9 kənd inzivati vahidliyinə 38 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat
İqtisadiyyatın əsas sahəsi kənd təsərrüfatıdır. Yeyinti sənayesinin iri müəssisələri: süd konserv zavodu, şəkər fabriki (ASC Korenovsksahar).
Nəqliyyat
Krasnodar I — Korenovsk — Tixoretskaya dəmir yolu və Don federal magistral yolu Korenovski rayonundan keçir.
Sosial sahə
Rayonda 23 ümumtəhsil məktəbi, peşə məktəbi, Kuban Dövlət Universitetinin bir filialı (2013-cü ildə bağlanmışdır) fəaliyyət göstərir.
Rayon kitabxana şəbəkəsinə 25 kitabxana daxildir. Burada 28 klub və mədəniyyət evi, Korenovskaya və Platnirovskaya uşaq incəsənət məktəbləri, milli tarix və diyarşünaslıq muzeyi, kino və video əyləncə müəssisəsi, Korenovskaya mədəniyyət və istirahət parkı var.
Rayonda üç stadion, 26 idman zalı və üzgüçülük hovuzu var.
Rayonda 4 xəstəxana, 34 ambulatoriya və orta tibb məntəqəsi var.
İstinadlar
- ОКТМО. 185/2016. Southern FD.
- GEOnet Names Server. 2018.
- 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- "Департамент здравоохранения Краснодарского края, Кореновский район". 2008-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
Mənbə
- Официальный сайт Администрации района
- Виртуальный Кореновск. Достопримечательности Кореновска и прогулки по городу в виртуальных панорамах
- Муниципальное образование Кореновский район
- Кореновский район на портале исполнительных органов власти края
- Инвестиции и инвестиционные проекты Кореновского района (инвестиционный портал Кореновского района) Arxivləşdirilib 2020-10-01 at the Wayback Machine
- Poçt indeksi: