Kord (pulemyot)

Giliz: 12.7×108mm

Kord
Kord pulemyotu (rusca Корд)
Kord pulemyotu (rusca Корд)
Tipi ağır pulemyot
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1998-ci ildən hal-hazırkı dövrə qədər.
İstifadə edilən döyüşlər Şimali Mali müharibəsi, Suriya vətəndaş müharibəsi, İkinci çeçen müharibəsi, Rusiya-Gürcüstan müharibəsi (2008)
İstehsal tarixçəsi
Konstruktor A.A. Namitulin, N.M. Obidin, Ju.M. Bogdanov və V.İ. Jirohin
Konstruksiya tarixi 1990-cı illər
İstehsalçı Degtyaryov Zavodu
İstehsal illəri 1998-ci ildən hal-hazırkı dövrə qədər
Variantları 6P50-1, 6P50-2, 6P50-3, 6P49
Xüsusiyyətləri
Ağırlığı

25.5 kg (6P50)

32 kg (6P50-1)

60 kg (6P50-2)

80 kg (6P50-3)

27 kg (6P49)
Uzunluğu

1,980 mm (6P50-1, 6P50-2, 6P50-3)

1,625 mm (6P49)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kalibr: 12.7 mm

Atəş sürəti: 650-750 mərmi/dəqiqə

Mərminin çıxış sürəti: 860 m/s

Təsirli məsafə: 2,000 m

Bəsləmə sistemi: 50 mərmilik kəmər

Nişangah: Dəmir nişangah

Kord pulemyotu (rusca: Корд), Rusiya istehsalı bir ağır pulemyotdur.. Silah, köhnə NSV pulemyotunun yerini almaq məqsədilə yaradılmış və 1998-ci ildən Rusiya Silahlı Qüvvələrində silahlanmaya qəbul edilmişdir. Xarici görünüşü NSV pulemyotuna bənzəsə də, daxili mexanizmi, qaz sistemi və qüllə bölməsi əsaslı bir şəkildə yenidən yaradılmışdır. Bu dəyişikliklər, silahın NSV ilə müqayisədə daha az geri təpməsinə və bu geri təpmənin azalması sayəsində də, silahdan atəş açılan zaman atılan güllələrin hədəfi daha dəqiq vurması təmin edilmişdir.

1974-cü ildə sovet ordusunun iri çaplı “DŞKpulemyotunun yerinə, arsenalına qəbul etdiyi və konstruksiyası Nikitin, Sokolov və Volkova aid olan NSV-12,7 “Utes” pulemyotunun hazırlanması üçün, Qazaxıstanın Uralsk şəhərində xüsusi zavod tikildi.

SSRİ-nin dağılmasından sonra rus ordusu seçim qarşısında qaldı: ya gərək iri çaplı pulemyotu özünün yeni qonşusundan alaydı, ya da pulemyotun istehsalını özü təmin edəydi. Nəticədə, ikinci variant seçildi və 1997-ci ildə “Utes” pulemyotunun Rusiyanın özünə aid konstruksiyası əsasında hazırlanan və “KORD” adı alan iri çaplı pulemyot yaradıldı.

27 mart 2001-ci ildə “KORD” rəsmi şəkildə Rusiya ordusunun təchizatına daxil edildi və “V.A.Deqtyarev adına Zavod” onun toplu şəkildə istehsalına başladı.

Variantları

Öz sələfi kimi “KORD” da dayaq və montajın fərqli tipləri üçün müxtəlif zirehli texnika və nəqliyyat vasitələrində istifadə məqsədilə bir neçə variantda yaradılıb:

- 6P49 – NSVT-12,7 pulemyotunun əvəzi üçün elektron atəşli tank variantı;

- 6P50 – dayaq üzərində hazırlanan əsas variant (piyada qoşunlarda istifadə edilən NSVS-12,7 variantının əvəzinə);

- 6P57 – 6T19-un dəstəyi ilə yaradılan piyada qoşunları variantı. İri çaplı pulemyotun daha çox müdafiə məqsədilə orduda istifadə olunan dünyadakı yeganə variantı (əvvəl 6P50-1 adlanırdı);

- 6P58 – 6U16-nın müxtəlif texnikalarda montaj üçün nəzərdə tutulan hər tərəfə dönə və atəş aça bilən variantı (əvvəl 6P50-2 adlanırdı);

- 6P59 – 6U16-nın bazasında və SP-nin dayağı üzərində yaradılan hər tərəfə dönə və atəş aça bilən variantı (əvvəl 6P50-3 adlanırdı);

- 6P60 – piyada qoşunlarında istifadə edilən 6T20 dayağı üzərində yaradılan variantı;

- 6P51 – tanklarda montaj olan mərmi ilə qidalanan tank variantı.

Yeni texnika – yeni tələbatlar

Lakin belə çoxnövlülük də bu gün üçün artıq kifayət deyil. Son illərdə Rusiya Federasiyasında güc strukturlarının və ordununu davamlı olaraq yenidən silahlanmasıyla əlaqədar olaraq, tərkibinə iri çaplı pulemyotların da daxil olduğu müxtəlif növ quru, hava və dəniz texnikalarının, həmçinin tırtıllı və təkərli maşınların, helikopterlərin, kater və gəmilərin müxtəlif nomenkaturası kəskin şəkildə artıb.

12,7 millimetr kalibrli patronların geniş şəkildə yayılmasının səbəbi, onların müxtəlif silahlarda istifadə edilə bilməsi və 1500-2000 metr məsafədən hədəfi dəqiq vurma bacarığı ilə izah olunur. Digər üstünlüyü isə həm piyada, həm avtomobil, həm də digər yüngül zirehli qurğulara qarşı effektli olmasıdır.

Həmçinin, hərbçilər “KORD” pulemyotunu daha sərt rejimdə və artırılan dəqiqlikdə atəş açmağa qadir genişləndirilmiş döyüş komplektində istifadə etmək istədiklərinə dair istəklərini də bildiriblər. Bunun qarşılığında isə “V.A.Deqtyarev adına Zavod” ASC-nin nəznində fəaliyyət göstərən KB-2 layihələndirmə-konstruksiya mərkəzinin əməkdaşları “KORD” pulemyotunun 12,7 millimetrlik daha üç versiyasını hazırlayıblar. Bununla belə, qurumun cari modellə bağlı maraqları da nəzərə alınıb. Aşağıda bəhs edilən yeni variantların qısa təsviri verilib.

6P49MT “KORD MT”

Bu variant T-90AM tankının qülləsinə bərkidilərək məsafədən idarə edilən modul kimi “Prorıv-3-KORD” təcrübi-konstruktiv işləri çərçivəsində hazırlanıb. Bu tank Aşağı Taqil şəhərində yerləşən “UKBTM” ASC-də “Prorıv-3”layihəsi çərçivəsində yaradılıb və T-90AM modelinin (“Prorıv-2”) və onun xaricə ixrac edilən T-90MC variantının inkişaf etdirilmiş formasıdır. 6P49MT “KORD MT” pulemyotunun xüsusiyyətləri dəqiqlik və dəyişən templərdə atəş açma bacarığı xarakteristikalarının artırılmasından ibarətdir.

2017-ci ilin yazında, onun son sınaqları başa çatdı. 2017-ci ilin sonuna qədər isə, daşıyıcı bərkidilmiş şəkildə dövlət sınaqlarının yekunlaşdırılacağı planlaşdırılır. Artıq 2018-ci ildə istehsalı planlaşdırılan 6P49MT “KORD MT”-nin T-90M tankları üçün ilk sifarişi də alınıb. 6P49MT “KORD MT”-yə digər hərbi maşınların, məsafədən idarə edilən modulların və iri çaplı pulemyotların istehsalçıları da maraq göstərib.

6P49T “KORD T” və 6P49V “KORD V”

Cari vəziyyətdə “KORD” pulemyotunun aviasiya, daha dəqiq desək, helikopterlər üçün nəzərdə tutulan variantlarından bəhs olunur. Suriyadakı hərbi əməliyyatların əsnasında silahlanmış daşıyıcı Mi-8AMTŞ-V helikopterinin bazasında kəşfiyyat etmək və atəş açmaq üzrə ixtisaslaşan Mi-171Ş helikopterini yaratmaq qərara alındı. Mİ171Ş helikopterinin arsenalına 6P49T “KORD T” və 6P49V “KORD V” yeni pulemyotları da daxil ediləcək. Bu pulemyotların sınaq üçün nəzərdə tutulan nümunələri “V.A.Deqtyarev adına Zavod” ASC və Ulan-Ude Aviasiya Zavodunun birgə əməkdaşlığı ilə yaradılıb.

6P49T “KORD T” (“T” hərfi əlavə istilik ötüücüsü ilə təmin edilməni bildirir) silahının da intensiv – soyumadan 300-dən çox atəş açmaq bacarğının yüksəldilməsinə səbəb olan qalınlaşdırılmış lüləsi, həmçinin silahı məsafədən yenidən doldurmağa imkan verən mexanizmi ilə fərqləndirilir.

6P49V “KORD V” (“V” hərfi rus dilindən tərcümədə helikopterə aid olmanı bildirir) helikopterin yan qapılarındakı oyuqlara yerləşdirilmək və cinah atıcısı tərəfindən idarə edilmək üçün nəzərdə tutulub. Bununla belə pulemyotdan ya elektron atəş düyməsi ilə, ya da tətiyi çəkməklə atəş açmaq olar. 6P49V “KORD V”nin digər üstünlüyü isə, onun nə qədər hərbi döyüş qaldığını, pulemyotun atəş açmağa hazırlıq səviyyəsini, hərəkət hissələrinin vəziyyətini göstərən lövhənin quraşdırılmasıdır. Bundan əlavə, helikopter istehsalıçılarının tələbinə uyğun olaraq pulemyot, atılmış gilizlərin ayrılması və güllə lentlərinin yığılması üçün ayrıca mexanizmlə təchiz olunub.

İstifadəçilər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.