Korcabulaq

KorcabulaqAzərbaycan Respublikasının Laçın rayonu Qarabəyli kənd inzibati ərazi dairəsində kənd.[1]

Korcabulaq
39°51′47″ şm. e. 46°22′09″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Korcabulaq xəritədə
Korcabulaq
Korcabulaq

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tarixi

Laçın rayonunun Qarabəyli inzibati ərazi vahidində yerləşən kənd dağlıq ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin ikinci yarısında Korcabulaq adlı bulağın yanında salınmışdır. Kənd həmin bulağın adı ilə adlandırılmışdır. Bulaq quraqlıq olanda quruyur, yağmurlu vaxtlarda isə gözü açılır. Ona görə də gözü tez-tez tutulan, yəni susuz qalan belə bulaqlara xalq arasında korbulaq və ya korcabulaq deyilir[2]

Əhalisi

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 300 nəfər olmuşdur.

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Korcabulaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 408. ISBN 978-9952-34-155-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.