Kopenhagen FK
"Kopenhagen" (dan. Football Club København) — Danimarkanın eyniadlı paytaxtının futbol klubu.
Kopenhagen FK | |||
---|---|---|---|
F.C. København | |||
Klubun tam adı | Football Club København | ||
Ölkə | Danimarka | ||
Ləqəb(lər) | Şirlər | ||
Rəng(lər) | goy | ||
Yaranma tarixi | 1992 | ||
Stadionu | Parken | ||
Tutumu | 38065 | ||
Liqa | Superliqan | ||
2022/23 | Çempion | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Klubunun əsası 1 iyul 1992-ci ildə qoyulmuşdur[1].
Uğurları
2017-ci ilə qədər 12 dəfə ölkə çempionu, 6 dəfə Danimarka çempionatının ikincisi olmuş; 8 dəfə ölkə kubokunu, 1 dəfə Danimarka Liqa Kubokunu, 3 dəfə isə Superkubokunun qalibi adını qazanmışdır[1].
Stadionu
"Şirlər" ləqəbini daşıyan komanda ev oyunlarını 38065 nəfərlik tutumu olan "Telia Parken" stadionunda keçirir[1].
Rəhbərlik
Klubun prezidenti Bo Riqard, baş məşqçisi isə 2013-cü ildən norveçli mütəxəssis Stole Solbakkendir[1].
Heyəti
Komandanın heyətində yerli oyunçularla yanaşı, Norveç, İsveç, Sloveniya, Serbiya, Paraqvay, Slovakiya, Çexiya və Kiprdən olan legionerlər də çıxış edir[1]. "Kopenhagen"in ən tanınmış üzvləri sırasında olan Uilyam Kvisti bundan əvvəl "Ştutqart", "Fulhem" və "Viqan" klublarında çıxış etmiş, 2007-ci ildən isə Danimarka yığmasının da şərəfini qoruyur[1].
- 1 iyun 2017-ci il tarixində yenilənib
№ | Oyunçu | Ölkə | Əvvəlki klub | Müqavilə | ||
---|---|---|---|---|---|---|
Qapıçılar | ||||||
1 | Stefan Andersen | Betis | 2014–2019 | |||
31 | Robin Ulsen | PAOK | 2015–2019 | |||
41 | Kim Kristensen | Geteborg | 2010–2018 | |||
Müdafiəçilər | ||||||
2 | Tom Hogli | Brügge | 2014–2017 | |||
3 | Ludvig Augustinsson; | Geteborq | 2015–2019 | |||
5 | Erik Johansson | Gent | 2016–2021 | |||
15 | Mikael Antonsson | Bolonya | 2014–2018 | |||
20 | Nicolai Boilesen | Ayaks | 2016–2020 | |||
22 | Peter Ankersen | RB Zalsburq | 2014–2018 | |||
26 | Jores Okore | Aston Villa | 2016–2020 | |||
34 | Mads Roerslev | Klubun şagirdi | 2017–2021 | |||
Yarımmüdafiəçilər | ||||||
6 | Uilyam Kvist | Atletik Uiqan | 2015–2019 | |||
7 | Benjamin Verbiç | Sele | 2015–2019 | |||
8 | Uroş Matiç | Şturm | 2017–2021 | |||
14 | Nicolaj Thomsen | Nant | 2017–2021 | |||
16 | Yan Greguş | Yablones | 2016–2020 | |||
17 | Kasper Kusk | Tvente | 2015–2020 | |||
24 | Youssef Toutouh | Vidovre | 2011–2018 | |||
32 | Danny Amankvaa | Klubun şagirdi | 2012–2018 | |||
33 | Rasmus Falk | Odense | 2016–2020 | |||
39 | Niklas Royker | Silkeborq | 2017–2019 | |||
Hücumçular | ||||||
11 | Andreas Cornelius | Cardiff City | 2014–2018 | |||
19 | Federico Santander | Guarani | 2015–2020 | |||
23 | Andriya Paveloviç | Çukariçki | 2016–2021 | |||
37 | Yulian Kristoffersen | Ern-Horten | 2016–2017 | |||
Pieros Sotiriu | APOEL | 2017–2020 | ||||
Baş məşqçi | ||||||
Stale Solbakken | Uolverhampton Uanderers | 2013–2018 | ||||
UEFA turnirlərində
"Kopenhagen" 2017-ci ilə qədər 4 dəfə Çempionlar Liqasının (2006/07, 2010/11, 2013/14, 2016/2017) qrup mərhələsində çıxış edib[1]. Komanda bunlardan birində 1/8 finala adlasa da, daha da irəli gedə bilməyib[1].
6 dəfə isə Avropa Liqasının (2007/08, 2008/09, 2009/10, 2011/12, 2012/13, 2014/15) qrup mərhələsində oynayıb. Bundan əlavə, 1 dəfə Çempionlar Liqasının qrupunda 3-cü yeri tutaraq, Avroliqaya düşmüş və həmin turnirdə 1/8 finala qədər irəliləmişdir[1].
2017/2018 mövsümündə UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan "Kopenhagen", Sloveniyanın "Jilina" (3:1, 1:2), ardınca isə Makedoniyanın "Vardar" (0:1, 4:1) klubunu mübarizədən kənarlaşdırsa da, pley-off mərhələsindəki rəqibi Azərbaycan çempionu "Qarabağ"-a (0:1, 2:1) iki oyunun nəticəsinə görə məğlub oldu[1].
İstinadlar
- 4 dəfə ÇL, 6 dəfə AL: "Qarabağ"ın rəqibini yaxından tanıyaq Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine. apasport.az, 04.08.2017 (az.)