Kopakabana çimərliyi

Kopakabana çimərliyi (port. Copacabana) — Rio-de-Janeyronun eyni adlı rayonu və çimərlik. Quanabara körfəzi sahilində yerləşir. Uzunluğu 4 km-dir.

Kopakabana çimərliyi
pt/Copacabana
Yerləşməsi
22°58′01″ c. e. 43°10′50″ q. u.
Akvatoriya Atlantik okean
Ölkə  Braziliya
Yaşayış məntəqəsi Rio-de-Janeyro
Kopakabana çimərliyi xəritədə
Kopakabana çimərliyi
Kopakabana çimərliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Kopakabana çimərliyi. 1890

Kopakabananın tarixi 1750-ci ildən başlayır. Burada bu ildə boliviyalı Kopakabananın şərəfinə kilsə tikilmişdir. 1892-ci ildə Real Qrandes tunelinin tikintisi ilə ərazi Rio-de-Janerola birləşmişdir.

1904-cü ildə sahilində Avenida Atlantika inşa edilir. Rayon XIX əsrin 50-60 illərindən etibarən məşhurlaşır. Bura ilk əvvəllər yazıcı, rəssam və artistlərin yaşadığı bir yaşayış sahəsinə çevrilir. Bir müddət sora bölgə siyasətçilər, iş adamlarını və imkanlı insanları özünə cəlb edir.

Son on illiklər ərzində xarici turizmin cəlbi üçün narkotik ticarəti, insan alveri və kiçik oğurluq vaxtı ilə elit rayon hazırda öz stausunu itirmişdir. Kopakabanada Rio-de-Janeryonun ən böyük konsert zallarından biri mövcuddur. Burada dəfələrlə Elton Con konsert vermişdir. 1994-cü ildə Rod Styuardın şousu zamanı çimərliyə 4 milyondan çox insan toplaşmışdır.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.