Kontuziya
Kontuziya (lat. contusio — zədə) — kəskin mexaniki təsir (hava,su və ya səs dalğaları, torpağa və ya suya zərbə və s.) nəticəsində orqanizmin ümumi zəifləməsi.
Kontuziyanın xarakterik xüsusiyyəti yaddaş itkisidir (hətta komadır). Yüngül formalarda yaddaş itkisi dəqiqələrlə, ağır formalarda isə günlərlə və ya aylarla davam edə bilər. Yaddaş qayıtdıqdan sonra xəstədə şiddətli baş ağrısı, ürək bulanması, qusma (qida qəbulundan asılı olmayaraq), başgicəllənmə (xüsusən də başı sağa, sola çevirərkən), amneziya, eşitmə və nitqdə qüsur yaranması kimi hallar müşahidə olunur. Xəstəliyin ciddi forması şəxsdə uzun müddətli yorğunluq, halsızlıq, əsəbilik yaranması ilə nəticələnir.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.