Kontinental Ordu

Kontinental Ordu — sonralar Amerika Birləşmiş Ştatları kimi tanınan koloniyaların başlatdığı Amerikan İnqilab Müharibəsinin törədilməsindən sonra İkinci Kontinental Konqres tərəfindən formalaşdırıldı. 1775-ci il, İyunun 14-də Konqresin qərarı ilə təsis edilən Böyük Britaniya hakimiyyətinə qarşı On Üç Koloniyanın hərbi səylərini koordinasiya etmək üçün yaradılmışdır. Kontinental Ordu yerli döyüşçülər və könüllü qoşunlardan ibarət ordu idi. General Corc Vaşinqton müharibə boyunca ordunun baş komandanı olmuşdur.

13 Ulduzlu Amerika Bayrağı
Mövcud olduğu illər İyun 14, 1775–1783-cü illər
Ölkə On Üç Koloniya / Birləşmiş Ştatlar
Say 200.000
Marş Yankee Doodle
Rəngləri Tünd Göy     
Komandanı Corc Vaşinqton

1783-cü ildə müharibənin başa çatması ilə Paris Sülh Müqaviləsi bağlanır və Kontinental Ordunun əksər hissəsi dağılır. 1792-ci ildə, 1-ci və 2-ci Alaylar General Entoni Veynin rəhbərliyi altında Amerika Birləşmiş Ştatları Legionunun əsasını qoymağa başladılar. Bu, 1796-cı ildə yaranmış ABŞ Ordusunun təməli oldu.

Həmçinin bax

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.