Kontakt Home

Kontakt HomeAzərbaycanda elektronika, məişət texnikası və mebel satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biri. Şəbəkənin baş direktoru Həsən İsrafilzadədir.

Kontakt Home
Ümumi məlumatlar
Sənaye elektronika
mebel məhsulları
Təsis tarixi 2006
Əvvəlki adı Kontakt Mobile (2006-2011)
Kontakt Electronics (2011-2013)
Baş qərargahın yeri Azərbaycan Azərbaycan
kontakt.az

Haqqında

2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk Kontakt Home mağazası açılmışdır. Eyni ildə 3 yeni mağazası da açılan mağazalar şəbəkəsinin adı "Kontakt Mobile" idi.[mənbə göstərin]

2011-ci ildə məhsul kateqoriyaları siyahısına məişət texnikası əlavə olundu. Mağazaların təklif etdiyi məhsulların çeşidliliyi artdı və şəbəkənin adı "Kontakt Electronics" adına dəyişdirildi. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olundu. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikinin istehsal etdiyi mebellər də mağazalarda satışa çıxarıldı. Bununla da "Home" konsepti tamamlanaraq, şəbəkənin adı "Kontakt Home" adına dəyişdirildi.[mənbə göstərin]

Şirkət əməkdaşlarının sayı 2500-ə yaxındır. Hazırda 30-dan çox brendin rəsmi distribyuteri olan Kontakt Home-un 41 mağaza və 1 online mağazası müştərilərə xidmət edir.[1]

Beynəlxalq partnyorlar

Kontakt Home Dyson, Electrolux, WAHL, Toshiba, Black&Decker, Hoffmann kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribyuteri, Samsung, LG, Bosch, Huawei, Realme, Sony, Panasonic, BQ, Sonorous, Elari, Thomas, Beurer, Karcher, H Gala, Cassore, Simge mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distrübyuteri,[mənbə göstərin] Apple brendinin rəsmi satış mərkəzidir.[2]

Sertifikat və mükafatlar

  • Taksit dövriyyədə ilin ən dinamik artım etmiş partnyoru — 2019[mənbə göstərin]
  • "Yaşıl Dəhliz" sistemi çərçivəsində könüllü riayət mədəniyyətinə görə — 2020[3]

İstinadlar

  1. ""Kontakt Home" yeni, sevindirən loqosunu təqdim etdi". oxu.az. 12 iyun 2020. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.
  2. Aida İsaq. "Kontakt Home Apple brendinin Azərbaycandakı rəsmi satış mərkəzi oldu" (az.). banco.az. 21 iyul 2020. 2021-11-09 tarixində arxivləşdirilib.
  3. "Gömrük sahəsində islahatlar: Yaşıl dəhliz sisteminin tətbiqinin nəticələri və perspektivlər mövzusunda 2-ci Respublika Forumu keçirilib". customs.gov.az. 20 dekabr 2020. 2021-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.