Konsul (Qədim Roma)
Konsul — Qədim Romada ali magistraturadan biri. İki nəfər olub, bir illiyə seçilirdi. İki konsul kollegiyası Məğrur Tarkvini qovulduqdan sonra (e.ə. 510-509) təsis edilmişdi. Əvvəllər yalnız patrisilərdən, e.ə. 367-366 illərdən isə həm də plebeylərdən seçilirdi. Konsullar ali mülki və hərbi hakimiyyətə malik idilər; fövqəladə vəziyyətdə senat konsula qeyri-məhdud hüquqlar verirdi. İmperiya dövründə konsul fəxri titula çevrildi.
|
![]() Senat və Roma xalqı |
Dövrlər |
Roma çarlığı |
Roma Respublikası |
Roma İmperiyası ( e. ə. 27 — 1453-cü illər) |
Respublika konstitusiyası |
Magistratlar |
Fövqəladə magistratlar |
Titullar |
Sülalələr |
Əhali, inzibati və sosial tərkib |
Qədim Romada hüquq |
![]() |
![]() |
Bu məqalə Qədim Romada vəzifə haqqındadır. Digər mənalar üçün Konsul (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Konsul Qədim Romada maqistrat. Adətən iki konsul seçilirdi. Bu hakimiyətin bir əldə cəmləşməsinin qarşısını almaq məqsədi ilə edilirdi.
Konsul terminin müasir mənası- mövcud olduğu dövlətin konsulluq dairəsində konsulluğun mənsub olduğu dövlətin tapşırıqlarını icra edən səlahiyyətli şəxsdir.
Konsul idarəsinin rəhbəri 4 sinfə ayrılır: Baş konsul, konsul, vitse-konsul, konsul agenti.
Buna uyğun olaraq konsulluq idarəsi "Baş konsulluq", "Konsulluq", "Vitse-konsulluq", "Konsul agentliyi" ola bilər.