Konstantin və Doruntina
Konstantin və Doruntina (albanca: Kostandini dhe Doruntina) və ya Konstantinin Besası (albanca: Besa e Kostandinit) — alban ballada və əfsanəsi. Əsərin bayağı versiyası da mövcuddur.[1] Əfsanə həmçinin aşağdaki variantlardaki kimi də nəql edilir:
- İsmayıl Kadarenin müəllif olduğu "Doruntinanı kim geri qaytardı?" (albanca: Kush e solli Doruntinën?) adlı romanı kimi.[2][3]
- 1988-ci ildə Albaniya Milli Teatrında göstərilmiş və Kadarenin eyni adlı romanının motivlərinə əsaslanmış teatr əsəri kimi. Bu versiya Albaniya xalq artistləri Edmond Budinaya və Pirro Maniyə məxsus idi.
Məzmun və mənası
Doruntina özü də daxil olmaqla 13 uşaqlı ailənin yeganə qızıdı. Doruntinaya xarici şahzadə ilə nikah bağlamaq təklifi gələndə, ailədə heç kəs onun belə uzağa gedməsinə razılıq vermir. Təkçə on iki qardaşın ən kiçiyi Konstantin onu xoşbəxt etmək istəyir və söyləyir ki, anası qızını istənilən vaxt görmək arzulayarsa, onu həmən yanına gətirəcək. Axırda anası Konstantinin vədinə inanıb, nikaha razılıq verir.
O zaman on iki qardaşın hamısı evlənmə ilə razılaşır, amma tezliklə onların hamısı Konstantinlə birgə müharibədə ölürlər. Ana bütün övladlarının itkisinə dözmür, hətta qoca yaşında onun qızı yanında olmaması onu sarsıdır, bu dərdi çəkmək anaya ağır gəlir. Onun monoloqu pafos və qəzəblə doludur. O, əsəbindən vədini yerinə yetirməyən ölü oğlu Konstantini lənətləyir. Lənət oxulduqdan sonra Konstantin dirilir və Doruntinanı qaytarır, çünki ana lənəti hətta öldükdən sonra dözülməzdi. O, Doruntinanı Pasxa bayramı zamanı rəqs eliyərkən tapır. Doruntinanın 12 qardaşının ölümü barədə tamamilə xəbərsizdi. Konstantin dərhal onunla gəlməsini tələb edir və gecə at belində Doruntinanı qaytarır. onun nəzərinə çarpır ki, qardaşı yorğun görünür və toz içindədi, amma Konstantin cavab verir ki, bu uzun yol qət etdiyinə görədi. O, bilə bilməz ki, qardaşı artıq ölüdü. Evə qayıtdıqdan sonra Konstantin bacısını qapıya qədər gətirir, sonra isə kilsəyə getməli olduğunu söyləyir, əvəzində isə geri öz məzarına qayıdır.
Anası Doruntinaya məlumat verməyənə qədər, o anlamır ki, atla qayıtdığı vaxt qardaşı artıq ölmüşdür,
İki qadın Konstantinin dirildiyini tam dərk edib, şoka düşdüyü zamandan sonra, final heyranedici olur.
Əfsanənin mənası ondadı ki, albanlar vədlərini (Besa) yerinə yetirmək üçün məzardan belə qalxalar, Buna görə də əfsanə tez-tez Konstantinin Besası kimi də adlanır.
Teatr və Kadarenin versiyası daha mürəkkəbdi, və orada Stress adlı ölümun tədqiqatçısı və eyni zamanda hekayəçi yer alır. O, bu qəribə fenomenin bütün imkanlarını təhlil edir, çünki heç kim ölümdən dirilməni qəbul edə bilməz..Bir çox insanlarla uzun söhbətlərdən sonra, o, axırda bu qənaətə gəlir ki, Besa insanın həyat və ölümünə qalib gələ bilər.
Beynəlxalq Teatr Versiyaları
2009-cu ildə dram Cakumis Yorqosun tərcüməsi ilə Balkanlarda bir çox teatrlarda uğurla nümayiş olunmuşdu. Bir neçə illik fasilədən sonra Albaniya Milli Teatrın ən təcrübəli və sevilən aktrisalarından biri, Albaniya Xalq artisti Marqarita Хепа sadəcə bu rolu ifa etmək üçün səhnəyə qayıtdı.[4][5]
İstinadlar
- ""Kostandini dhe Doruntina"". 2017-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- Doruntine (Paperback) from Ismail Kadare Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine [1] and Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine [2]
- Ismail Kadaré's The Shadow Literature, Dissidence, and Albanian Identity by Peter Morgan, accessdate=28 mart 2010 East European Politics & Societies, Vol. 22, No. 2, 402-424 (2008) Arxivləşdirilib 2010-07-07 at the Wayback Machine [3]
- ""Kostandini dhe Doruntina", shfaqja nderballkanike sot ne Tirane" Arxivləşdirilib 2011-07-15 at the Wayback Machine.
- ""Besa e vellait te vdekur Doruntina dhe Kostandini rikthejne Margarita Xhepen ne skene"". 2013-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.