Konstantin Stanislavski
Konstantin Sergeyeviç Stanislavski (rus. Константи́н Серге́евич Станисла́вский , əsl familiyası Aleksandorov; 5 (17) yanvar 1863[1], Moskva[2] – 7 avqust 1938[2][3][…], Moskva[2]) — Rus və sovet teatr rejissoru, aktyoru, müəllimi, nəzəriyyəçisi, teatr islahatçısı. SSRİ-nin ilk xalq artisti (1936), Lenin ordeni sahibi (1937). SSRİ Elmlər Akademiyasının fəxri üzvü (1925).
Konstantin Stanislavski | |
---|---|
Doğum tarixi | 5 (17) yanvar 1863[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 7 avqust 1938[2][3][…] (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | teatr rejissoru, teatr aktyoru, pedaqoq, kinorejissor, aktyor, rejissor, müəllim, teatrşünas, təşəbbüskar |
Fəaliyyət illəri | 1877-ci ildən |
Teatr | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yüz ildir Rusiyada və dünyada son dərəcə populyar olan məşhur aktyor sisteminin (Stanislavski sistemi) yaradıcısı.
Konstantin Stanislavski 1888-ci ildə Moskva İncəsənət və Ədəbiyyat Cəmiyyətinin yaradıcılarından biri olub. 1898-ci ildə Vladimir Nemiroviç-Dançenko ilə birlikdə Moskva İncəsənət Teatrının əsasını qoyub.
Həyatı
Konstantin Stanislavski 5 (17) yanvar 1863-cü ildə Moskvada Savva Mamontov və Tretyakov qardaşları ilə qohum olan sənayeçi Sergey Alekseyevin (1836-1893) böyük ailəsində (doqquz qardaş və bacı) anadan olub. 1877-ci ildə ailə başçısı Moskva tacir gildiyasının başçısı seçilib.</ref>[4]
Konstantinin anası Yelizaveta Vasilyevna Yakovleva (5 aprel 1841 - 12 oktyabr 1904) əslən Sankt-Peterburqdan idi. O, 1-ci gildiyanın taciri Vasili Abramoviç Yakovlevin (1806-1848; Finlandiyada karxanaların sahibi, O.Monferranla birgə işləyib, Müqəddəs İsaak kilsəsi və İsgəndər sütunu üçün qranit tədarük edib) və Parisli aktrisa Mari Varlenin qızıdır.[5] Teatrda Mari Varleti ikinci dərəcəli rollar ifa edirdi.[6] Bir neçə il davam edən qeydiyyatsız nikahda Yakovlev və Varlenin iki qızı olub - Mari (təxminən 1838) və Adel (1841). Adelin doğulmasından qısa müddət sonra ailə dağıldı - Varle rəsmi olaraq onunla evlənən başqa bir kişi ilə yaşamağa başladı və 1847-ci ildə Mixaylovski Teatrının daimi fransız truppasında işə düzəldi. Burada subret rolunda çıxış edirdi.[7] Mari və Adel onları rəsmi olaraq övladlığa götürən atalarının himayəsində qaldılar. Atalarının vaxtsız ölümündən sonra onun gənc dul arvadı onlara pis ögey ana kimi davranırdı.[8] Sonradan Mari Varle uzun illər Moskvada, nəvələrinin qonşuluğunda yaşadı. Ancaq Alekseyev uşaqlarına onunla ünsiyyət qurmağı qadağan etdi. Bu ailədə onunla hər cür əlaqə qadağan olunmuşdu.[9] Stanislavski nənəsi ilə heç vaxt görüşməməsinə baxmayaraq, teatra olan həvəsini ondan miras aldığına əmin idi.[10]
İstinadlar
- IMDb (ing.). 1990.
- Станиславский Константин Сергеевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- "Станиславский Константин Сергеевич (1863 - 1938)". Русский биографический словарь. Театръ. 2012-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-07.
- Степанова Раиса. Станиславский: штрихи к портрету 2011 01 15
- Gourfinkel, Nina. Constantin Stanislavski Arxivləşdirilib 2023-11-19 at the Wayback Machine L’Arche, 1955, p. 22
- Гершкович, Евгения. Московская династия: Алексеевы-Четвериковы Москвич Mag, 2023 02 16
- Ignatieva, Maria. Stanislavsky and Female Actors: Women in Stanislavsky’s Life and Art Arxivləşdirilib 2023-11-19 at the Wayback Machine University Press of America, 2008, p. 1. «Soon Yakovlev and Varlet separated; Yakovlev married another woman, and adopted his own two daughters from Varlet (most likely, they were illegitimate). After Yakovlev’s premature death, his young widow treated her stepdaughters in the manner of the ‘wicked stepmother.’»
- Ignatieva, Maria. Stanislavsky and Female Actors: Women in Stanislavsky’s Life and Art Arxivləşdirilib 2023-11-19 at the Wayback Machine University Press of America, 2008, pp. 1-2. «As for the French actress Marie Varlet, Stanislavsky’s grandmother, she lived a long life residing in Moscow, not far from her grandchildren. Nonetheless, the Alekseyev children were forbidden to have anything to do with her: she was taboo in the family.»
- Ивашко, Ольга. Новатор сцены. Системе Станиславского более 100 лет, но она не устарела Arxivləşdirilib 2023-11-19 at the Wayback Machine Аргументы и факты в Беларуси, 2023 01 12
Ədəbiyyat
- Горчаков Н. М.. «Режиссёрские уроки К. С. Станиславского». Искусство. Редактор Волков Н. Д. 1952.
- Евгений Вахтангов. Документы и свидетельства: В 2 т. / Ред.-сост. В. В. Иванов. — М.:, Индрик, 2011. Т. 1 — 519 с., илл.; Т. 2 — 686 с., илл.
- Иванов В. В. Библейские сны Станиславского // Иванов В. В. Русские сезоны театра «Габима». — М.: «АРТ», 1999. — С. 129—147.
- Луков Вл. А. Станиславский Константин Сергеевич (Электронная энциклопедия «Мир Шекспира»).
- Мастерство актёра в терминах и определениях К. С. Станиславского. — М.: Советская Россия, 1961.
- Станиславский репетирует. Записи и стенограммы репитиций. — М.: СТД РСФСР,1987.
- Станиславский: эпоха тотального обновления театра. ru:Бахрушинская серия (1000 nüs.). М: ГЦТМ им. А. А. Бахрушина. Д. В. Родионов, С. В. Семиколенова. 2011. ISBN 978-5-901977-35-4.
- Столович Л. Н. И. И. Лапшин и К. С. Станиславский // ru:Вопросы философии. 1999 [№ 10]. 165–170.
- Таланов А. В. К. С. Станиславский (50 000 nüs.). М.: Детская литература. 1965.
- Топорков В. О. Станиславский репетирует. — М.: Искусство, 1950.
- Чуковский К. И. Драма жизни. Беседа с К. С. Станиславским.
- Эфрос Н. Е. Московский Художественный театр. 1898—1923.
- Борис Зон. Учителя и ученики. Встречи со Станиславским Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine — («Встречи со Станиславским» (часть книги Б. Зона «Учителя и ученики») впервые с существенными изъятиями были опубликованы в сборнике «К. С. Станиславский. Творческое наследство. Материалы, письма, исследования». Институт истории искусств. Изд-во Академии наук СССР. — М., 1955. Т. I. (Стр. 445—491). Представленный здесь фрагмент (Гл. V.) создан на основе черновой рукописи книги Б. В. Зона «Учителя и ученики», хранимой в музее Санкт-Петербургской государственной академии театрального искусства, отредактирован В. Львовым. В полном объёме книга Зона опубликована в сборнике «Школа Бориса Зона. Уроки актёрского мастерства и режиссуры» в 2011 году (стр. 289—538))