Konstantin Siolkovski
Konstantin Eduardoviç Siolkovski (rus. Константи́н Эдуа́рдович Циолко́вский; 5 (17) sentyabr 1857, İjevsk[d], Ryazan quberniyası[d], Rusiya imperiyası[1] – 19 sentyabr 1935[1][2][…], Kaluqa, RSFSR, SSRİ[1][3][…]) — müasir kosmonavtikanın əsasını qoyan rus alimi, yazıçı, kosmosu Rusiya tərəfindən fəth edilməsini propaqanda edən tədqiqatçısı.
Konstantin Siolkovski | |
---|---|
Konstantin Eduardoviç Siolkovski | |
Doğum tarixi | 5 (17) sentyabr 1857 |
Doğum yeri |
|
Vəfat tarixi | 19 sentyabr 1935[1][2][…] (78 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | aviokonstruktor, riyaziyyatçı, ixtiraçı, yazıçı, fantastika yazıçısı[d], fizik, filosof, astronom, alim, kosmoloq, müəllim |
Mükafatları | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Siolkovski 10 yaşında olarkən qızıl xəstəliyinə tutulr və eşitmə qabiliyyətini itirdiyinə görə məktəbi tərk etməli olur. Bundan sonra o, sərbəst təhsil alır və ailəsi tərəfindən Moskavaya oxumağa göndərilir. Moskvada Siolkovski fizika, astronomiya, mexanika və həndəsəni oyrənir.
Üç il təhsil alan Konstantin atası tərəfindən geri evə qaytarılır. Bundan sonra uzun müddət doğma kəndlərində fizika dərsi deyir. 1882-ci ildə Siolkovski Kaluqa vilayətinin Borovski dairəsində riyaziyyat müəllimi kimi işə düzəlir. O artıq evlənmiş və övladı var idi. Rus inqilabı ərəfəsində Çialkovcki özünə qapılmış şəkildə yaşayır.
Yules Vernenin fantastik əsərlərini oxuyan Siolkovski sonralar özü planetlərarası kosmik uçuşlar mövzusunda heykayələr yazmağa başlayır. Getdikcə o öz hekayələrini fiziki və texniki problemlərlə zənginləşdirir. Nəticəsində Siolkovski nəzəri məsələlərin həllinə aid müəllifə çevrilir. 1885-ci ildən Siolkovski bir çox kosmik uçuşların həyata keçirilməsi üzrə yollar haqqında yazır, burada tam metalda hazırlanmış kosmik gəmilərdən də söhbət gedir.
Evində apardığı ilk sınaqlar zamanı ona aydın olur ki, hərbidə istifadə olunan adi raketlərin köməyi ilə kosmosa üçmaq mümkün deyil. O, bunun üçün başqa yanacaq növlərindən (hidrogen, oksigen və karbohidratlar) istifadə etməyi təklif edir. Raket sayəsində apardığı tədqiqatların zirvəsi onun 1903-cü ildə "Elmi xəbərlər" jurnalında çap etdirdiyi "Kosmosun reaktiv aparatlarala tədqiqi" məqaləsindəki "Raket düsturu" olmuşdur.
1880-ci ildə Siolkovski tam metal gəmi konsepsiyasını işləyir. 1930-cu ildə ABŞ onu bu ideyasını ZMC-2 adlı hava gəmisini hazırlamaqla həyata keçirir.
İstinadlar
- Циолковский Константин Эдуардович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- http://www.brainyquote.com/quotes/quotes/k/konstantin183177.html.
- http://www.themoscowtimes.com/weekend/article/blast-off-to-kaluga-for-the-weekend/366725.html.
- https://megabook.ru/article/%D0%A6%D0%B8%D0%BE%D0%BB%D0%BA%D0%BE%D0%B2%D1%81%D0%BA%D0%B8%D0%B9%20%D0%9A%D0%BE%D0%BD%D1%81%D1%82%D0%B0%D0%BD%D1%82%D0%B8%D0%BD%20%D0%AD%D0%B4%D1%83%D0%B0%D1%80%D0%B4%D0%BE%D0%B2%D0%B8%D1%87.
Mənbə
- Nikola Stilijanov Kalicin: Weltraumflüge von Ziolkowski bis Gagarin, VEB Fachbuchverlag, 1961