Kondaxsaz

Kondaksaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd.[3]

Kondaxsaz
40°42′ şm. e. 44°18′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1830[1]
Mərkəzin hündürlüyü 2.050 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 531 nəf. (2011)[2]
Rəsmi dili
Kondaxsaz xəritədə
Kondaxsaz
Kondaxsaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 11 km məsafədə, Abaran çayının sahilində yerləşir. Alagöz (Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972-ci ilə kimi) Abaran rayonunun tərkibində olmuşdur.

Erməni mənbələrində Qondaksaz[4], Qondaxsaz[5] formalarında, Qafqazın 5 verstlik xəritəsində Kondaxsaz kimi[6] qeyd edilmişdir.

Toponim türk dilində "silah qundağı" mənasında işlənən kondak sözü ilə[7][8] türk dilində "bataqlıq, torpaq (qrunt) suların çıxdığı yerin bataqlaşmış sahəsi, gil" mənalarında işlənən saz sözünün[9][10] birləşməsindən əmələ gəlmişdir. Türk dilində kondak sözü "yanan kükürd qutusu və yanğın vaxtı açılan qov" (rus. пачка из горючей cepы и тpyбa, кoтopyю пeдбpacывaют пpи пoджочах)[8], "həyətə və ya pilləkən altına atılan yandırıcı maddələr toplusu"[11] mənasında da işlənir.

Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Rya təzə (Təzə həyat) qoyulmuşdur.

İstinadlar

  1. https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
  2. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.4
  5. Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, "Ayastan", 1976. s.28
  6. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.140
  7. Будагов Л.З. Сравнительный словарь турецкотатарских наречий, т, II, СПб, 1871. II, s.95
  8. Радлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.1, СПб, 1899. s.544
  9. Радлов В.В. Опыт словарья тюркских наречий, т. IV, ч.1, СПб, 1911. s.397
  10. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.491
  11. Будагов Л.З. Сравнительный словарь турецкотатарских наречий, т, II, СПб, 1871. II, s. 95
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.