Kompas süddəyən
Kompas süddəyən (lat. Lactuca serriola) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.
Kompas süddəyən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cichorieae Yarımtriba: Lactucinae Cins: Növ: Kompas süddəyən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
Hündürlüyü 30-100 sm, gövdəsi tək və ya bir neçə saydadır, düz, adətən uzun qövsşəkilli budaqları ilə qollu-budaqlı, süpürgəvari budaqlanmış, ağımtıl rəngdədir, şırımlıdır, çılpaq və ya aşağı hissə uzun tikanlarla örtülmüş və milşəkilli kökü olan birillik və ya ikiillik ot bitkisidir. Gövdə yarpaqları çox vaxt şaquli müstəvidə yerləşmişdir, qalın dərilidir, göyümtül-yaşıl rəngdədir, çılpaq, və ya orta damarı alt tərəfdə tikanlarladır, oyuqlu lələkvari bölünmüşdür, hər iki tərəfdən enli neştərvari, uzunsov və ya üç künclü, arxaya qatlanmış payları vardır, kənarları tikanlıkirpikli, dişli, yuxarı yarpaqları bəzən hamısı olur, ayrı deyildir, kənarları qismən iri dişli, oturaqdır və qaidə hissəsi oxşəkilli, qulaqcıqları isə üçbucaq formada sivriləşmişdir. Səbətlərinin uzunluğu 9–14 mm, eni 3-3,5 mm-dir, silindrvaridir, seyrək çiçəklidir, uzunsaplaqlıdır və ya oturaqdır. Toxumları qonur rənglidir, uzunsov əksinə yumurtaşəkillidir. Uzunluğu 3 mm-ə yaxın, eni 1 mm, qaidəsinə doğru daralmış, 7-9 ədəd qabırğası var, toxumun ucuna yaxın yerləşmiş qısa sərt tükləri vardır, uzun, ağ, nazik, uzunluğu 5 mm-ə yaxın dimdiklidir; kəkil (başcıq) ağ rəngdədir, asanlıqla töküləndir.
Sinonimləri
- Lactuca albicaulis Boiss. [Invalid]
- Lactuca altaica Fisch. & C.A.Mey.
- Lactuca altaica Fisch. & Mey.
- Lactuca augustana All.
- Lactuca coriacea Sch.Bip.
- Lactuca dubia Jord.
- Lactuca integrata (Gren. & Godr.) A.Nelson
- Lactuca latifolia Gilib. [Invalid]
- Lactuca saligna var. robusta Fisch. & C.A.Mey.
- Lactuca scariola L.
- Lactuca scariola subsp. augustana (All.) Arcang.
- Lactuca scariola subsp. integrata (Gren. & Godr.) Piper
- Lactuca scariola var. integrata Gren. & Godr.
- Lactuca scariola var. integrifolia (Bogenh.) G. Beck
- Lactuca scariola subsp. scariola scariola
- Lactuca scariola var. scariola scariola
- Lactuca scariola f. scariola
- Lactuca serriola subsp. integrifolia (Gray) G.H.Loos
- Lactuca serriola subsp. serriola serriola
- Lactuca serriola var. serriola serriola
- Lactuca serriola f. serriola
- Lactuca sylvestris Lam.
- Lactuca tephrocarpa K.Koch
- Lactuca verticalis Gaterau