Komodo
Komodo adası[1] (ind. Pulau Komodo) — İndoneziyaya məxsus olan ada. Adanın sahəs 390 km² təşkil edir. Vulkan məşəlli adadır. Ada əhalisinin sayı cəmi 2 min nəfərdir (2006).
Komodo adası | |
---|---|
ind. Komodo, | |
Ümumi məlumatlar | |
Sahəsi | 390 km² |
Hündür nöqtəsi | 823 m |
Əhalisi | 2.000 nəfər (2006-cı il) |
Yerləşməsi | |
8°36′00″ c. e. 119°30′00″ ş. u. | |
Ölkə | İndoneziya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Komodo adası Kiçik Zond adaları qrupuna daxildir. Sumbava (qərb) və Flores (şərq) adalarıarasında yerləşir. Ada Komodo milli parkı ərazisinə daxildir. Komodo varanının vətənidir.
Əhalisi
Adanın hazırkı əhalisi Sulavesi adasından bura gətirilmiş buqi qəbiləsindən olan dustaqların törəmələridir. Ada əhalisinin böyük qismi islam dininə etiqat edir. Xristian və hinduizm azlığıda vardır.
Turizm
Adanın sahil suları akvalanları özünə cəlb edir. Turistlərin bir qismi Bali adasından gəlir. Səbəb adanın əsrarəngiz təbiətidir.
İstinadlar
- "Komodo adası". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.