Kommunist (qəzet, 1920)
"Kommunist" qəzeti (erm. Կոմունիստ) — Azərbaycan SSR-də nəşr olunan erməni dilində ictimai-siyasi qəzet, Azərbaycan Kommunist Partiyası MK-nın (1963-cü ilin martınadək AKP MK və Bakı Komitəsinin, 1963-cü ilin martından AKP MK-nın, Azərbaycan SSR Ali Soveti və Nazirlər Sovetinin) orqanı. Zaqafqaziyada erməni dilində çıxan ilk sovet partiya qəzeti.[1]
Kommunist | |
---|---|
erm. Կոմունիստ | |
Yaranma tarixi | 18 may 1920 |
Dil | erməni dili |
Nəşrini dayandırıb | 1989 |
Baş ofis | Bakı, Azərbaycan SSR |
Ölkə | Azərbaycan SSR, SSRİ |
Tiraj | 42000 (1981 tarixinə görə) |
Qəzetin ilk nömrəsi 1920-ci il mayın 18-də Bakıda çıxmışdır. 1970-ci illərdə həftədə 6 dəfə, 40000 tirajla, 1981-ci ildə 42000 tirajla nəşr olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəzetin nəşri dayandırılmışdır.
Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir (1970).[1]
Həmçinin bax
İstinadlar
- Коммунист (ермәни дилиндә) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 465–466.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.