Kommerson delfini
Kommerson delfini (lat. Cephalorhynchus commersonii) — rəngli delfinlər cinsinə aid olan (lat. Cephalorhynchus) növ. Bu canlılar onları ilk dəfə təsvir etmiş Filiber Kommersonun şərəfinə adlandırılmışdır
Kommerson delfini | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Kommerson delfini |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xarici görünüşü
Bu delfinlər rəngarəng xarici görünüşə sahibdirlər. Başı, yan və quyruğu qara, boğazı və böyür nahiyyələri isə ağa rəngdə olur. İki rəng arasındakı keçid oldukca kəskin xəttlərlə təyin olunmuşdur. Balinakimilər arasında ən kiçik növ hesab edilirlər. Uzunluqları 1,3–1,7 m, çəkiləri isə 35–60 kq[3] arasında dəyişir. Bel üzgəci uzundur. Hər diş cərgəsində 29–30 diş vardır.
Yayılması
Kommerson delfini iki bir-birindən 8500 km aarlıda yerləşən bölgələrdə yayılmışlar. Onlar əsasən Cənubi Amerikanın Pataqoniya sahilləri, Horn burnu, Magellan boğazı və Folklend adaları ətrafı ərazilərdir. İkini areal isə Hind okeanında yerləşən Kergelen ətrafı ərazilərdir.
Davranış
Olduqca aktiv canlılardır. Onların tez-tez su üzərinə atlayışlarını və sürətli üzmələrini müşühidə etmək olar. Onların cəld şəkildə "aşağı-yuxarı" üzmələrini müşahidə etmək olur. Buu isə onların ovlamasına yardımçı olur.
Əsasən balıq və kalmarlarla qidalanırlar. Cənubi Amrrika sahillərində yayılmış canlılar isə xərcəngkililəridə yerirlər.
3–15 başdan ibarət qruplarda birləşirlər.
Dişilər 6–9 yaşlarında yetkinləşir. Erkəklərdə buna yaxın yetkinləşirlər. boğazlıq dövrü 11 ay davam edir. 6 kq ağırlığında bala doğurla.
Təbiətdə onlar 10 yaşdan yuxarı yaşaya bilmirlər. Bu növə aid ən çox yaşamış canlı 18 il həyat sürmüşdür.[4]
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1996.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- "Kommerson delfini". 2010-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
- "Cephalorhynchus commersonii". 2011-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.