Komissiya
Komissiya [lat. komissio (commissio) – tapşırıq, tapşırmaq] – xüsusi tədbirlər üçün hazırlanmış müvəqqəti heyət.
Komissiya sözü digər mənalarda da istifadə olunur:
- Müəyyən iş görən dövlət idarəsi;
- Xüsusi tapşırıq;
- Bir tərəfin ikinci tərəf qarşısında öz adından, lakin komitent üçün üçüncü tərəflə əqd bağlayacağı haqqında öhdəlik götürdüyü müqavilə;
- Nisbətən məhdud, müvəqqəti, fərdi problemlərin araşdırılması və həlli, tövsiyələrin işlənib hazırlanması, təhqiqatların aparılması üçün məxsusi yaradılan qrup, orqan;
- Müəyyən məsələnin həlli üçün səlahiyyətləri olan daimi və ya müvəqqəti kollegial orqan.
Ədəbiyyat
- R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.