Komisia

Komisia (lat. comitio, lat. comeo sözündən — oxşar, yığmaq, toplamaq) — Qədim romada xalq yığıncağı. Üç cür komisia mövcuddur:

  • Kuriya komisiası — Qəbilə və tayfa sisteminə əsaslanan kuriyalar üzrə patrisiyaların məclisi və ya yığıncağı. Çar dövründə (e.ə. VIII–VI) müharibə və sülh o cümlədən çar seçılməsi məsələlərini həll edərdi. Çar tərəfindən çağrılırdı. Ali magistrat seçmə hüququna malik olmuşdur. Qədim Roma respublikası dövründə digər iki komisiyanın meydana çıxması ilə əlaqədər siyasi əhəmiyyətini itirərək formal hüquqa malik olur. Səlahiyyətlərinə yalnız tayfa və ailələr arası münasibətlər, dini məsələlər daxil olmuşdur.
  • Senturiya komisiası — senturiyalar üzrə məclis və ya yığıncaq olub özündə patrisiyalar və plebeyləri mülki senz əsasında birləşdirir. Servi Tulli tərəfindən e.ə. VI əsrin ortalarında yaradılmışdır. Ilkin olaraq döyüşçülər yığıncağı kimi fəaliyyətə başlamışdır. Onların səlahiyyətinə müharibə və sülh, ali magistratın: pretorlar, konsullar) və magistratın seçilməsi və məhkəmə funksiyası kimi məsələlər daxil olmuşdur.
  • Triba komisiası (lat. comitia tributa) — Qədim Romada ərazi dairəsi — tribalara müvafiq xalq yığıncağı. E.ə. 287-ci ildə plebeylərlə patrisiyalar arasındakı qarşıdurma nəticəsində qanunvericilik funksiyası daha sonra məhkəmə, aşağı magistratların: kurullu EdilinKvestorları təyin etmək funksiyasını əldə edərək mühüm xalq məclisinə çevrilmiş olur.
Qədim Roma tarixi
lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.