Komandor adaları

Komandor adaları (rus. Командорские острова) — Rusiyanın şərqində Sakit okeanın Berinq dənizinin cənub-qərbində yerləşir. İnzibati cəhətdən Kamçatka diyarının Aleut rayonu ərazisində yerləşir. Arxipelaq onu ilk dəfə 1741-ci ildə kəşf etmiş Vitus Berinqin ekspedisiyasının gəmisi şərəfinə adlandırılmışdır. Arxipelaqın ən iri adası Berinq adasıdır. Adada Berinqin qəbri yerləşir. Şimal turizminin inkişafına geniş imkanlar vardır.

Komandor adaları
rus. Командорские острова
Ümumi məlumatlar
Ümumi sahəsi
  • 1.846 km²
Hündür nöqtəsi 751 m
Əhalisi 676 nəfər (2010-cu il)
Yerləşməsi
54°40′00″ şm. e. 167°50′09″ ş. u.
Ölkə  Rusiya
Akvatoriya
Komandor adaları xəritədə
Komandor adaları
Komandor adaları
Komandor adaları (Kamçatka diyarı)
Komandor adaları
Komandor adaları, Kamçatka diyarı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Adalara ilk ayaq basanlar 1741-ci ildə İkinci Kamçatka ekspedisiyası zamanı olmuşlar. Hətta onların gəmisi Berinq adası yaxınlığında qəzaya uğramışdır. Mednı adası isə Yemelyan Basov tərəfinfən aşkarlanmışdır.

Ada haqqında məlumatlar artıq XVIII əsrdən məlumat verilmişdir.

Coğrafiyası

Komandor adaları Aleut adalarının davamı hesab edilir. Bu arxipelaqlar arasında olan məsafə 370 km təşkil edir. Arxipelaqln sahəsi 1848 km² təşkil edir. Kamçatka yarımadasından Kamçatka boğazı ilə ayrılır. Eni 200 km təşkil edir. Berinq və Mednı adaları arasında Admiral Kuzneçov boğazı yerləşir.

Tərkibi

Komandor adaları. ABŞ hərbi xəritəsi 1954 il.

Arxipelaqın tərkibi:

İri adaları:

Kiçik adalar və qayalıqlar:

Geologiya və relyefi

Adalar əsasən BazaltAndezitdən ibarətdir. Güçlü seysmik aktiv bölgədə yerləşir. Relyefi dağlıqdır. Ən hündür nöqtəsi 751 metr təşkil edir. Sahilləri qayalıq və az girintili çıxıntılıdır.

İqlimi

İqlimi qışda sərin və yayı isə yumşaqdır. Avqust ayının orta temperaturu +10°S, fevral ayının isə -4°S təşkil edir. Minimum temperatur -24, maksimal temperatur isə +23°S təşkil edir. Orta illik temperatur +2,1°S təşkil edir. İl ərzində 500 mm yağıntı düşür. Qışda sahil suları donur.

Flora

Ərazidə əsasən dağ tundra bitkiləri yayılmışdır. Sıx meşələri demək olar ki, yoxdur. Bəzən Söyüd bitkiləri ilə böyük kolluqlar əmələ gətirir. Burada Ardıc, İtburnu, Quşarmudu, Tozağacı, Rododendron, Baldırğan, Akonit və başqa bitkilər yayılmışdır.

Fauna

Fauna baxımından olduqca kasıbdır burada cəmi 6 növ məməli yaşayır. Mavi peseç endemik canlısıdır. Bu növ özü iki yarımnövə bölünür (Mednovski və Berinq peseçi). Digərləri boz sıçovul, ev sıçanı, Amerikan norkasıŞimal maralıdır. Adların marallarla məskunlaşılması dəfələrlə cəhdlər göstərilmişdir. 1200-1500 baş maralın yaşaması ehtimal edilir. Sularında Şimal dəniz pişiyi, Şimal dəniz şiri, Dəniz samuru, Steyneqer suitisi, Kaşalot, Osa, delfinlər, Dəniz donuzları, Seyval, Finval, Qozbel balina, Yapon balinası və başqaları yayılmışdır. Quş bazarlarını görmək olar.

Xüsusiyyətləri

Əhalisi (Ruslar, AleutlarKreollar) əsasən dəniz sahələrində çalışırdılar. Burada BalinaQütb tülküsü ovu həyata keçirilir.

1993-ci ildə adalarda Komandor dövlət qoruğu yaradılmışdır.

İnzibati-ərazi bölgüsü

İnzibati cəhətdən Aleut rayonu ərazisinə daxildir.

Yaşayış məntəqələri

Nikolskoye kəndi Berinq adasında yerləşir və adalarda yeganə yaşayış məntəqəsidir. 2010-ci il məlumatına əsasən burada 676 nəfər yaşayır.

Həmçinin bax

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.