Komando

Komando— fiziki və nəzəri hazırlıqları nəticəsində əldə etdikləri qabiliyyətləri sayəsində; qısa bir müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirdərək vəziyyəti qiymətləndirib hədəfi məhv edən, təchizat ilə təmin edilməsə belə vəzifəni başa çatdırmağı bacaran əsgər.

Əfqanıstanın Sangin bölgəsində patrul olan 40 komandodan ibarət Kral Dəniz Piyadaları

İkinci Dünya müharibəsindən sonra xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başlandı. Artıq bu gün xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır.

1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs imzalandıqdan sonra Azərbaycanda da xüsusi təyinatlı qüvvələrin yaradılmasına başlanıb.

Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-da «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.