Kolxida daşsarmaşığı
Kolxida daşsarmaşığı (lat. Hedera colchica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. Qafqazda, Türkiyədə, Kiçik Asiyada, İranda rütubətli subtropiklərdə yayılmışdır.
Kolxida daşsarmaşığı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Kolxida daşsarmaşığı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki təsviri
Hündürlüyü 30 m-ə çatan güclü, lianaşəkilli, həmişəyaşıl koldur. Zoğları nazik, qısasorucu köklüdür. Meyvə verən zoğları isə qalın və tüklüdür. Yarpaqlarının uzunluğu 25 sm-ə qədər, müxtəlif formaalı: parlaq dərili, bütöv, bəzən üç hissəli, yaşıl və spesifik qoxuludur. Payızda çiçəkləyir. Çiçəkləri ikicinsli, beşhissəli, yaşılımtıl-sarı, 12-35 ədədi çətirşəkilli hamaşçiçəklərə yığılmışdır. Saplaqlarının uzunluğu 2-3 sm-ə çatır. Kolxida sarmaşığının çiçək qrupunun bütün hissələri sarı-qonur, çoxşüalı, pulcuqlu tükcüklərlə örtülmüşdür. Ləçəklərin uzunluğu 4-4,5 mm və eni 2-2,5 mm, uzunsov-yumurtavari, ucu bizdir. Erkəkcikləri bir az ləçəklərindən qısadır. Sütuncuğun uzunluğu 1,5 mm-dir. Meyvələri qara, şarşəkilli, diametri 10-13 mm, 2,5 toxumludur. Növbəti ilin yayında yetişir.
Ekologiyası
Kolxida sarmaşığı kölgəli, nəmişli meşələrdə bitir, qayalarda sürünür. Şaxtaya az davamlıdır. Aşağı və orta meşə zolağında, 1500 m hündürlüyə qədər rast gəlinir. Təzə, məhsuldar torpağa ehtiyac vardır.
Azərbaycanda yayılması
Abşeronda, Qazaxda, Tərtərdə yarımkölgəli yerlərdə bitir. Bir çox formalarına rast gəlinir.
İstifadəsi
Şaquli yaşıllaşdırmada istifadə edilir. Sarmaşığın bütün hissələrində qədərində və çox miqdarda saponin vardır ki, ondan hazırlanan dərmanlar mədə şirəsinin sərbəst sulfat turşusunu azaldır, qanda şəkərin miqdarını azaldır. Həlimindən soyuqdəymədə, vərəm xəstəliklərində, böyrək daşının təmizlənməsində, podaqraya qarşı istifadə edilir.