Kolumbiya İnqilabçı Silahlı Qüvvələri
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir.
Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi
50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir. 14 avqust 2017-ci ildə son silahlarını da təhvil verən FARC-ın tərkisilah olduğu bildirilir.
31 avqust 2017-ci ildə FARC (Fuerzas Armadas Revolucionarias de Columbiya, Kolumbiya İnqilabçı Silahlı Qüvvələri) adını dəyişdirərək, Xalqın Alternativ İnqilabçı Qüvvəsi adı ilə partiyalaşmışdır. İspan dilində Xalqın Alternativ İnqilabçı Qüvvəsi, Fuerza Alternativa Revolucionaria de Común olduğuna görə partiyanın qısaltması FARC şəklində olmuşdur. Partiyanın loqosu qızıl gül şəklindədir.