Kolumbiya Konservativ Partiyası

Kolumbiya Konservativ Partiyası (isp. Partido Conservador Colombiano) həmcinin S partiyası kimi də tanınır. Kolumbiyada XIX əsrdə mövcud olmuş iki əsas partiyadan biri olmuşdur. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. Partiyanın proqramı 1849-cu ildə təstiqlənmişdir. Əsası Mariano Ospina və Xose Eysebio Koro tərəfindən qoyulmuşdur. İlk əvvəl partiya Kolumbiya Liberal Partiyasına rəqib olaraq yaradılmışdır. 1948-ci ildə iki partiya arasında 10 il sürən münaqişə baş verir. Bu münaqişə tarixə La Violensiya müharibəsi kimi düşür.1957-ci ildə Konservativlər və Liberallar arasında ümumi razılığa gəlinərək barışıq elan edilir və Milli Cəbhə yaradırlar. Bu birlik Ölkəni 12 il idarə edir.

Kolumbiya Konservativ Partiyası
Loqonun şəkli
Lideri Xose Dario Salasar
Quruluş tarixi 1848
Baş qərargah
İdeologiya Konservatizm
Saytı partidoconservador.org/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

XIX əsrdə Kolumbiyada seçilən prezidentlərin yarısı Konservativ partiyasının üzvü olur. Bu partiyadan seçilən ən son prezident Andres Pastrana Aronqo olur ki, oda ölkəni 1998–2002 illər ərzində idarə edir.2002-ci ildə isə Kolumbiya tarixində ilk dəfə olaraq nə Konsevativlərdən nə də Liberallardan deyil, Demokratlardan olur. 2010-cu ildə Konservativlərin nümayyəndəsi Noemi Sanin 893,819 (6,13%) səs topluya bilir. Deputatlar Palatasına 2,057,849 (21,4%) səs toplayaraq 166 yerdən 38-nə Senatda isə 2,298,748 (21,2%) səslə 102 yerdən 22-nə dahib olmuşdur.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.