Kolumbarium
Kolumbarium (ing. Columbarium) - Qədim Roma adətlərinə xas olan ölülərin yandırıldıqdan sonra küllərinin saxlanılması üçün nəzərdə tutulmuş xüsusi məzar otaqları. Kolumbariumlarda cəsəd küllərinin saxlanıldığı xüsusi qablar, urne adlanır. Qədim Romada geniş yayılmış bu tip məzar formaları əsasən kasıb və orta təbəqə tərəfindən istifadə olunmuşdur. Günümüzdə, kolumbarium tipli məzarlardan dünyanın müxtəlif ölkələrində hələ də, istifadə olunmaqdadır və burada əsasən bir-biri ilə qan qohumluğu olan və ya ailə fərdlərinin külləri saxlanılır.
Qalereya
- Kolumbarium məzarının üzərində çiçəklər və yeni urnelər üçün oyuqlar.
- Paris şəhərində yerləşənt Per-Laşez məzarlığında kolumbarium.
- Almaniyada müasir formada inşa olunmuş kolumbarium.
- Oaklənd şəhərində Zəngkər Kilsəsinin daxilində yerləşən kitabxana formalı kolumbarium.
- ABŞ-nin Virciniya ştatındakı Arlinqton milli qəbiristanlığında yerləşən kolumbarium. Hər bir məzarın üzərinə mərmər lövhə əlavə olunmuşdur.
- Etrusklardan qalma kolumbarium. Blera, İtaliya.
- Avstraliyanın Vollonqonq bölgəsində yerləşən buddist məbəd kompleksi Nan Tiyendə yerləşən və ənənəvi Çin üslubunda inşa olunmuş kolumbarium.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.