Kolonnada
Kolonnada (fr. colonnade) — memarlıqda sütun cərgəsi və ya cərgələrinin horizontal örtük altında birləşməsinə verilən ad. Kolonnada daha çox portik və qalereya formasında tətbiq olunur. Əsas binaya bitişik olan bu forma vizual görüntünün genişliyinə imkan verir[1][2]
Tarixi
İlk kolonna nümunələrinə Misir və Antik dövr memarlığında rast gəlinir. Yunan və Roma abidələrinin vaz keçilməz elementlərindən biri olan kolonna indidə memarlıqda geniş tətbiq olunur.
Xüsusiyyətləri
Kolonnada tətbiqində əsas cəhətlər sütunların hündürlüyü, diametri, aralarında ki, məsafə və cərgələrin sayıdır. Buraya binanın ümumi həcmi və hündürlüyüdə aiddir.
Tipləri
- Bircərgəli (Peripter) — kolonnada bir cərgə olur. və məbədi dörd tərəfdən əhatə edir.
- İkicərgəli (Dipteros) — kolonnada iki cərgəli olur.
- Yalançı (Pseudodipteros) — kolonnada bir cərgəli olsa da, binanın sütunlardan uzaq olan hissəsində iki cərgəli olur. Daxildə sütunların nizamı pozulmuş haldadır.
- Bircərgəli kolonnada
- İkicərgəli kolonnada
- Yalançı kolonnada
Sütunlar arasında olan məsafələr və digər qanunauyğunluqlar Dorik, Toskan, İonik və Korinf orderlərdə fərqli-fərqli olur[3]
Məşhur kolonnadalar
- Livan. Balbekdə qədim kolonnada
- Kazan kafedralıında kolonnada
- Fransa. Məhkəmə sarayı
- Afina. Parfenon məbədi
İstinadlar
- "КОЛОННАДА". 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
- "colonnade". 2015-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
- "Arxivlənmiş surət". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.