Kolombo

Kolombo (sinh. කොළඹ, tam. கொழும்பு), tarixi mənbələrdə Kalanbu (كلنبو)[2]Şri-Lankanın ən iri şəhəri və paytaxtı.Ölkənin Qərb vilayətində, Kolombo dairəsində yerləşir. Əhalisi — 672,7 min nəfər (2007)[3], Böyük Kolombonun əhalisi Moratuva, Dexivala-Maunt-LaviniyaŞri Cayavardenepura Kotte ilə birlikdə — 5,648,000 nəfərdir.

Kolombo
කොළඹ
Bayraq
Bayraq
6°55′ şm. e. 79°50′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 37.321.728 
Mərkəzin hündürlüyü 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 752.993 nəf. (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +94 11
Poçt indeksi 00000–09999
Digər
cmc.lk
Kolombo xəritədə
Kolombo
Kolombo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər infrastrukturu

Kolombo dərin körfəz sahilindədir. Limanla yanaşı "Fort" adlanan şəhərin işgüzar mərkəzi vardır. Burada əvvəllər Portuqaliyanın limanı qoruyan qalası yerləşirdi. Kolombo portu Cənubi Asiyanın ən böyük limanıdır. Mərkəzdə inzibati binalar, marketlər, hotellər, banklar yerləşir. Kolombo ölkənin böyük sənaye və mədəni mərkəzidir.

Təhsil və mədəniyyət

Şəhərdə universitet, kolleclər, observatoriya, milli muzey yerləşir. Kolombo universitetində Kolumbiya Universitetinin observatoriyası vardır. Çox sayda kilsə, məscid, buddist və induist xramlar vardır, şəhər kənarında iki buddist universitet vardır.

Solomon Bandaranike adına beynəlxalq aeroport Kolombodan 30 kilometr məsafəd yerləşir. Şəhər əyalətlərlə avtomobil və dəmiryol xətti ilə birləşir.

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.