Kolatağ monastırı
Kolatağ monastırı — Kəlbəcər rayonunun Kolatağ kəndində yerləşən tarix-memarlıq abidəsidir. Kolatağda yerləşən Böyük Arran monastırından fərqli olaraq sadə dizaynı və plan tərtibatına malikdir.
Kolatağ monastırı | |
---|---|
| |
39°59′28″ şm. e. 46°32′58″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Kəlbəcər |
Yerləşir | Kolatağ kəndi |
Aidiyyatı |
Qafqaz Albaniyası Xaçın knyazlığı |
Tikilmə tarixi | XII əsr |
Üslubu | Ermənistan |
İstinad nöm. | 270 |
Kateqoriya | Monastır |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Tarixi Kolatağ kəndindən 8 km aralıda inşa edilmiş monastır böyük təpənin ətəyində yerləşir.[1] Kompleks ərazisindəki çoxsaylı xaçdaşlar yüksək bədii, etnoqrafik və tarixi dəyər daşıyır. Ümumilikdə monastır ərazisindən XII–XIII əsrlərə aid iyirmi beş kitabə oxunaraq çap edilmişdir.[1] Kitabələr 1179, 1181, 1186, 1191 və 1194-cü illərə aiddir.[2]
Memarlıq xüsusiyyətləri
Kompleks qala divarları ilə əhatə olunmuş üç kilsə binasından ibarətdir. Divarların işində su hovuzu saxlanılmış, həmçinin su ötürmə sisteminin izləri aydın müşahidə edilir. Monastır həyəti iki hissəyə bölünür. Həyətin şimal hissəsində üç kilsə və onlar üçün ümumi olan üçtağlı narteks-sovməə binası yerləşir.[1]
Kompleksin şimal divarına bitişik yarımdağılmış vəziyyətdə olan düzbucaqlı tikilinin qədim yeməkxana olması güman edilir.[1] Şimal-qərb tərəfdə rahib hücrələri və digər xidməti tikililərin qalıqları vardır. Onlar arasına yaxşı vəziyyətdə dövrümüzə çatmış atlı relyef təsvirinə malik bir neçə xaçdaş vardır.[1]
Kompleksin ən cənub hissəsində yerləşən böyük kilsənin tağtavanı uçsa da, divarları yaxşı saxlanmışdır. Divarların hörgüsündə kobud yonulmuş çaydaşlarından istifadə olunmuşdur.[3]
Yonulmuş daşlar yalnız kilsə altarının inşasında istifadə edilmiş və burada 1265-ci ilə aid 12 sətirlik kitabə yazılmışdır.[3]
Kompleksdən şərqdə orta əsrlərə aid geniş məzarlıq vardır.[3]
İstinadlar
- Мкртчян, 1989. səh. 28
- Бархударян, 1982. səh. 24-28
- Мкртчян, 1989. səh. 29
Ədəbiyyat
- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
- Бархударян, С. Свод армянских надписей, вып. 5. Ереван. 1982. 184.