Kolanı palçıq vulkanı
Kolanı palçıq vulkanı– Qobustan rayon mərkəzindən 18 km məsafədə, Girdə yüksəkliyindən şimal-qərbdə yerləşir.[1]
Kolanı palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | palçıq vulkanı |
İlk püskürmə | 1845-ci il 21 iyun |
Son püskürmə | 1969-cu il 12 dekabr |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Haqqında
Qobustan rayon mərkəzindən 18 km məsafədə, Girdə yüksəkliyindən şimal-qərbdə yerləşir. Yarğan və qobularla parçalanan, hündürlüyü 16 m olan yastı yüksəklikdən ibarətdir. Geoloji quruluşunda qərb-şimal-qərb istiqamətli braiantiklinal qırışıq əmələ gətirən, kaynazoy çöküntüləri (oliqosen-üst pilosen) iştirak edir. Tağ hissəsində alt maykopun dik yatan (55-58°)nlayları yer üzərinə çıxır. Qırışığın tağı vulkanın əlaqədar olduğu Acıçay qırılması ilə kəsilmişdir. İlk dəfə 1845-ci il 21 iyun, daha sonra 1962, 1969-cu illərdə püskürüb.
Həmçinin bax
İstinadlar
- "Dünya palçıq vulkanlarının atlası (2015)". səh: 43. 2024-03-13 tarixində arxivləşdirilib.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.