Kolanı (Yevlax)

KolanıAzərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd.

Kənd
Kolanı
40°29′26″ şm. e. 47°06′19″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Yevlax rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Kolanı xəritədə
Kolanı
Kolanı

Tarixi

Düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Ağdam rayonunun Kolanı kəndindən gəlmiş ailələr salmışlar. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları - XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalı adlanırdı. XIX əsr Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtərçay hövzəsini kolanıların məskəni adlandırırdı. XIX əsrdə Cavad qəzasında 282 ailəli Kolanı eli yaşayırdı. Sonralar onlar müxtəlif yerlərdə məskunlaşmışlar. Mənbələrə görə, Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumu zamanı Qarabağ elatlarının bir qismi, o cümlədən kolanılar köçüb Naxçıvanda, Şirvanda və b. yerlərdə məskunlaşmışlar.[1]

İstinadlar

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.