Kolagirən (Göyçə)

KolagirənGöyçə mahalının Aşağı Qaranlıq rayonunda (09.09.1930-dan Martuni) kənd.

Kolagirən
40°09′39″ şm. e. 45°27′14″ ş. u.
Ölkə  Ermənistan
Rayon Qaranlıq
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.924 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.115 nəf. (2011)[1]
Rəsmi dili
Kolagirən xəritədə
Kolagirən
Kolagirən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Kolagirən kəndinin adı 3 yanvar 1935-ci ildə dəyişdirilərək "Tsovinar" qoyulmuşdur.
Kənd rayon mərkəzindən 16 km aralıda yerləşir.

Kolagirən qalası

Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII yüzilin ikinci yarısına aid qədim türk qalasıdır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Russanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.