Koku
Koku (yap. 石石, çin. 石, Pinyin: Dàn, (qədim çincə: "şí")) — təxminən 180,39 litrə bərabər olan ənənəvi yapon həcm vahidi.
1891-ci ilədək koku 10 kub şakuya ( ≈ 0,278 m3) bərabər götürülürdü.
Həmin il verilən imperator fərmanı ilə 1 kiçik koku 240100/1331 litrə bərabər götürüldü ki, bu da təxminən 180,39 litrə (və ya 5 buşel, 40 imperiya qallonu, yaxud 48 ABŞ qallonu) bərabərdir.
Tarixən koku yetişkin bir şəxsin 1 ildə istehlak edə biləcəyi düyünün miqdarına əsasən müəyyən edilirdi. 1 koku düyü təxminən 150 kq bərabərdir. Samurayların maaşı, vilayətin gəlirliliyi koku ilə müəyyən olunurdu. Koku həm də gəminin yükgötürmə səviyyəsini ölçmək üçün də istifadə edilirdi — 50 kokuluq kiçik gəmilər və 1000 kokuyadək böyük gəmilər.
Hazırda Yaponiyada bu ölçü vahidi hələ də istifadə edilir.
- 1 koku = 180,39 litr
- 1 koku = 10 to
- 1 koku = 100 syo
- 1 koku = 1000 qo