Kokos palması
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir.
Kokos palması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Klad: Commelinids Dəstə: Fəsilə: Yarımfəsilə: Arecoideae Triba: Cocoseae Cins: Cocos ???: Kokos palması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
![](../I/Cocos_nucifera14.jpg.webp)
Kokos palması
![](../I/Coconut_trunk.jpg.webp)
Hindistancevizi gövdəsi
![](../I/1859-Martinique.web.jpg.webp)
Kokos palması.
Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir.
Dəniz və okean sahillərində bitən bitkidir. Gövdəsi yaxşı tikinti materialıdır.
Sinonim
- Calappa nucifera (L.) Kuntze
- Cocos indica Royle
- Cocos nana Griff.
- Cocos nucifera var. synphyllica Becc.
- Palma cocos Mill. [Illegitimate]
İstinadlar
- Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1188.
![](../I/Commons-logo.svg.png.webp)
Vikianbarda Kokos palması ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.