Kokoşnik

Kokoşnik (qədim rus dilində:ко́кошь — toyuq sözü ilə bağlı olduğu ehtimal olunur.[1]) — çutquya və ya ayparaya bənzər ənənəvi rus baş geyim forması, rus milli geyiminin mühüm simvollarından biri, sarafanla birlikdə istifadə olunurdu. Bir qayda olaraq, kokoşniklər əsasən evli qadınlar tərəfindən geyilirdi. Kokoşnik bayram və hətta toy mərasimlərinin əsas simvolu hesab olunurdu — ümumiyyətlə müxtəlif naxışlar və talisman və nikah sədaqətinin və bərəkətinin rəmzləri ilə naxışlanır, qiymətli daşlarla bəzədilirdi. Çox vaxt kokoşnik bir qadının yalnız bəzəyi deyil, həm də onun amuleti idi. Adətən, kokoşnik əvvəlcə toy günündə, daha sonra ilk uşağın doğulması münasibətilə keçirilən mərasimlərin əvəzolunmaz elementlərindən biri idi.

Başlarında kokoşnik olan qızlardan ibarət rəqs qrupu, 2017

Mənbələrə əsasən kokoşnik ənənəsi Rusiyanın qədim Veliki Novqorod şəhərində IX əsrdən başlamışdır.[2] Əvvəllər Rusiyanın şimal bölgələrinə yayılmış, XVI–XIX əsrlər arasında ölkə daxilində geniş yayılmışdı.[3] Geyim üslub və dizayn baxımından müxtəlifdir, Rusiyanın müxtəlif bölgələrində kokoşniklər formasına və quruluşuna görə bir-birindən fərqlənirdi. Məsələn, Veliki Novqorodda tipik silindrik kokoşniklərdən, Vladimirdə iki kikalı (buynuzlu) kokoşniklərdən, Kostromada üçbucağa bənzər kikalı kokoşniklərdən, Karqopolda muncuqlarla bəzədilmiş kokoşniklərdən, Moskvada qırmızı rəngli kokoşniklərdən geniş istifadə olunurdu.[4]

Moda tarrixçisi Aleksandr Vasilyev[5] qeyd edirdi ki, birinci və ikinci dünya müharibələri arasındakı dövrdə kokoşnik dünya modasında milli geyimlərdə "rus" amilinin ən məşhur elementi idi və məhz kokoşnik 1919–1929-cu illərdə dünya moda arsenalına daxil olmuşdur.

Şəkil qalareyası

Xarici istinadlar

İstinadlar

  1. Срезневский И. И. Словарь древнерусского языка., т. I, ч. 2., М., 1989, ст. 1248.
  2. The main part of the traditional Russian national costume.|sito=Experience Russia Blog|accesso=5 giugno 2019
  3. Russian Kokoshnik at FromRussia store |sito=FromRussia|lingua=en|accesso=9 luglio 2019
  4. "p=51 |nome=Evgenii︠a︡ Ivanovna |cognome=Kirichenko |titolo=The Russian Style |città=London |editore=Laurence King |anno=1991 |isbn= 978-1-85669-004-1". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-08.
  5. А. Васильев. Красота в изгнании. М., 2000. 181–195
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.